Əli İnsanovla bağlı ağlasığmaz iddia: Planı üzə çıxdı
Xəbər verdiyimiz kimi, sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov məhkəməyə müraciət edib.
Keçmiş nazir məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə ərizə yazıb. Məhkəmənin yaxın günlərdə onun müraciətinə baxaraq müvafiq qərar qəbul edəcəyi gözlənilir.
Xatırladaq k, Əli İnsanov Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv fərmanı ilə 17 mart 2019-cu ildə azadlığa çıxıb.
78 yaşlı siyasətçinin həbsxana həyatı ilə vidalaşandan 5 il sonra üzərindən məhkumluğunun götürülməsi üçün məhkəməyə müraciət etməsi birmənalı qarşılanmayıb. Analitiklər məsələnin hüquqi deyil, daha çox siyasi əhəmiyyət daşıdığını iddia ediblər.
RegionXəbərləricom.az xəbər verir ki, “Yeni Sabah”a bu iddiaları təsdiqləyən məlumatlar daxil olub. Partiyadaşlarından biri Əli İnsanovun bu ilin yayında keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılacağını bildirib. Onun sözlərinə görə, yaşı 80-i haqlamasına baxmayaraq, siyasi ambissiyalarından bir an belə vaz keçməyən keçmiş nazir üzləşdiyi hüquqi əngəli aradan qaldırmağa çalışır. Belə ki, qüvvədə olan qanunvericilik üzərində məhkumluğu olan şəxsin parlament seçkilərinə qatılmağına imkan vermir.
Əli İnsanov parlament seçkilərinə rəsmi qaydada start verilənə kimi bu maneəni aradan qaldırmağa çalışır.
Əldə etdiyimiz məlumata görə, onun seçki marafonuna qatılmasına dair ilkin razılıq var. Keçmiş nazirin növbədənkənar parlament seçkilərində mandat qazana biləcəyi istisna olunmur.
Partiyadaşının bildirdiyinə görə, parlamentdə təmsil olunduqdan sonra Əli İnsanovun üzərinə müəyyən öhdəliklər qoyulacaq. O, Milli Məclisdə müxalifəti təmsil etsə də, müntəzəm olaraq hökumətin mövqeyindən çıxış edəcək.
İnsanovun “konstruktiv müxalifət” libasına bürünərək, keçmiş silahdaşlarına savaş açacağı bildirilir. Amma onun əsas “vəzifəsi” keçmiş siyasi məhkum kimi Avropa institutlarına “müharibə” elan etmək olacaq.
Hakimiyyət ideoloqları əmindirlər ki, insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan Avropa təsisatları 14 il məhbus həyatı yaşamış keçmiş nazirlə hesablaşacaq. Onun bu missiyanın öhdəsindən nə qədər uğurla gəlib - gələ bilməyəcəyini isə zaman göstərəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-05-2024, 12:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər