reklam
Regionxeberlericom.az » Gündəm » Faydasız layihələrə xərclənən vəsaitin 10 faizi... - Professordan nazirə müraciət

reklam

Faydasız layihələrə xərclənən vəsaitin 10 faizi... - Professordan nazirə müraciət













Növbəti tədris ili üçün Azərbaycanda tələbə qəbulunun əhəmiyyətli şəkildə artırılması gözlənilir. Sıravi müəllim olaraq, Elm və Təhsil nazirinə, universitet rektorlarına müraciət edirəm:

1. Ali məktəblərin müasir təlim texnologiyalarının dəstəklənməsinə, tələbə sıxlığı, tədris qrafiki, tədris-təcrübə bazaları ilə bağlı normativlərə, təhsilalanların auditoriyadankənar, professor-müəllim heyətinin elmi-pedaqoji, tədqiqat fəaliyyətinə şərait yarada biləcək maddi-texniki bazasının mövcudluğu məsələsi nəzərə alınıbmı?

2. Daha bir ciddi məsələ: pandemiya ilə gələn elektronlaşma, elektron bazalar ali məktəblərdə tədris resurslarına münasibəti dəyişib. Bu gün mobil telefon xüsusilə universitetlərimizdə kitab şəklində dərslikləri, tədris vəsaitlərini, dəftər-qələm və sair yazı vasitələrini tam sıxışdırmaqdadır. Təbii ki, heç kəs elektron bazaların əleyhinə deyil. Lakin telefon və ya kompüterdəki məlumat bazası kitab formasında dərslikləri, yazını aradan çıxarmamalıdır. Bu, ilk növbədə, tələbə gənclərin sağlamlığına (görmə, onurğa, psixi vəziyyət və s.) ciddi ziyan vurur, ikincisi, etibarlılıq, əlçatanlıq, qorunma, müəllif hüquqları və s. cəhətlərdən əlverişli deyil, üçüncüsü, təhsilalanların yazı qabiliyyət, yaddaş və vərdişini sıradan çıxarır.

On bir il bundan əvvəl Azərbaycanda Prezident Fərmanı ilə qəbul olunmuş təhsilin inkişaf "Strategiyası"nda ali məktəblərdə ixtisaslar üzrə əsas dərsliklərin yaradılmasının (qonorar, nəşriyyat və çap ödənişi) maliyyələşdirilməsi nəzərdə tutulmuşdu.

Biz niyə tələbəni dərslikdən, professor-müəllim heyətini öz ixtisası üzrə tədris resursu yazıb qonorar almaq imkanından məhrum edirik. Əgər faydasız layihələrə, eksperimentlərə (bu layihələr etibar edilən adamlar sahə üzrə səriştə və təcrübəsi olan mütəxəssis olsa, layihələri də faydalı eləmək olardı) xərclənən vəsaitin 10 faizi ETN tərəfindən ali məktəblərin tədris resurslarına, universitetlərə qəbul ediləcək on minlərlə gəncin real tədris ehtiyacına xərclənsə, daha faydalı olmazmı?

3. İnşallah, ETN-də, universitetlərdə vəzifələrin etibarlı, sadiq, başı çıxmadığından hər şeyə "hə" deyən adamlara paylanılıb qurtarmasının da bir sonu olarsa, yəqin ki, yuxarıda göstərilən çox vacib məsələlərə də diqqət yetirməyə vaxt qalacaq.

4. Nə qədər ki, Dövlət İmtahan Mərkəzi il boyu ali məktəblərə qəbul prosesi aparmaqla orta təhsil sistemində davamiyyət və qiymətləndirməni iflic edib, heç olmasa, universitetlər əziyyət çəkmədən DİM-in onlara verdiyi tələb kontingentindən öz xeyrinə istifadə etmək şansını dəyərləndirə bilsin. Axı, bu şans olmasaydı, bəzi universitetlər iddia etdikləri tələbə sayını almaya bilərdi.

Filologiya elmləri doktoru,

professor

Telman Vəlixanlı

Bakupost.Az




Paylaş:


Müəllif : Tarix:
1-06-2024, 20:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər