reklam
Regionxeberlericom.az » Gündəm » SON DƏQİQƏ! "Lux Residence" MTK vətəndaşın evini yandırdı -

reklam

SON DƏQİQƏ! "Lux Residence" MTK vətəndaşın evini yandırdı -













"Azərbaycan Reallığı" xəbər verir ki hadisə bu gün Bakı şəhəri Yasamal rayonu A.Ağayev 32 ünvanında qeydə alınıb.

Sakinlər bildirir ki, yanğın pilot lahiyə olan ərazidə baş verib MTK nın söküntü işlər apardığı zaman, vətəndaşın yaşadığı evin yanından qaz borusu keçdiyi halda, MTK əməkdaşları qanunsuz olaraq qaz borusuna laqonda aləti ilə müdaxilə etdiklərinə görə, od qığılcımları evindən köçmək istəməyən sakinin evinə düşüb.

Nəticədə isə evdə yanğın hadisəsi baş verib, evin dam örtüyü tamamilə yararsiz vəziyyətə düşüb, evin təmirinə ciddi ziyan dəyib, əşyalar isə yararsız vəziyyətdədir.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşlarının hadisə yerinə operativ gələrək çatması, yanğının qarşısının alınması üçün müdaxilə etmələri evin yararsız vəziyyətə düşməsinin, bədbəxt hadisəsin yanı partlayışın baş verməməsi, insan tələfatının baş verməməsinin qarşısını alıblar.

Nəticədə bir vətəndaş binanın fasad hissəsindən qopan daş vətəndaşın başına düşməsi nəticəsində vətəndaş ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlər bildirir ki, MTK- nın qanunsuz hərəkətlərindən təngə gəlmişik bu hadisənin isə baş verməyi gözlənilən idi.Təəssüflər olsun ki, MTK rəhbərinin qanunsuz hərəkətlərinə göz yuman məmurlar var.

Zərərçəkənlər bildirir ki, bu hadisə qərəzli şəkildə törədilib. Məsələnin obyektiv araşdırılmasına hüquq mühafizə orqanları ədalətli qərar verərək, günahkarların cəzalanmasına biləvasitə rol oynayacaqlar.

Jurnalist araşdırması apardığımız halda, etibarlı mənbədən əldə etdiyimiz məlumatda aydın oldu ki, "Luxresidence" MTK nın sahibi əslən İmişli rayonundan olan Vüqar adlı şəxsdir.

Maraqlı nüans odur ki, iş adamı müəyyən əlaqələri vasitəsi ilə şəhərin mərkəzində, bədbəxt hadisələri gözünə alaraq risk faktoruna getməyə davam edir.

Mövzunu diqqətimizdə saxlayacağıq.




Paylaş:


Müəllif : Tarix:
4-06-2024, 10:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər