reklam
Regionxeberlericom.az » Gündəm » Pambıq zavodundan dəmir almaq üçün 38 min manat ödədi, dələduzluqla üzləşdi... - ŞİKAYƏT

reklam

Pambıq zavodundan dəmir almaq üçün 38 min manat ödədi, dələduzluqla üzləşdi... - ŞİKAYƏT


















Sabunçu rayon sakini İmanov Şahin Qabil oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Ağcabədi rayon pambıq zavodunun rəhbərliyi dələduzluqla məşğuldur:

“Mən, İmanov Şahin Qabil oğlu, yazaraq bildirirəm ki, keçən ilin may ayında bir neçə yoldaşla Ağcabədi rayonuna getmişdik. Məqsədimiz "tender"də udulmuş pambıq zavodundan metal almaq idi.

Bu məqsədlə 38 min manat ödəniş etmişəm. Nə pulumu qaytarırlar, nə də metal verirlər.

Hal-hazırda izahatlar alınıb, amma pulumun geri qaytarılması barədə heç bir xəbər yoxdur.

Nərimanov Rayon Prokurorluğu işi ləğv edir. İşim 2 dəfə rədd olunub, bu gedişlə xitam veriləcək.

Məsələ ilə bağlı hara müraciət edəcəyimi bilmirəm. 38 min manat bizim üçün az məbləğ deyil. Nəyə görə bu məbləği mən itirməliyəm?

Pambıq zavodunun başıma açdığı bu oyunun bir tək adı var, o da dələduzluqdur.

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, pulumun alınıb geri qaytarılması üçün mənə kömək etsinlər. 

Cənab Prezident də bilsin ki, Ağcabədi rayon pambıq zavodunun rəhbər şəxsləri dələduzluqla məşğuldur".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Paylaş:


Müəllif : Tarix:
7-06-2024, 08:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər