reklam
Regionxeberlericom.az » Gündəm » “Konsept Holding” MMC-yə ÖTÜRÜLƏN MİLYONLAR... - İLGİNC FAKTLAR

reklam

“Konsept Holding” MMC-yə ÖTÜRÜLƏN MİLYONLAR... - İLGİNC FAKTLAR












Dövlət satınalmaları portalı vasitəsilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan edilmiş tenderlərin qalibləri arasında “Konsept Holding” MMC-də yer alır.

Dia-az.İnfo xəbər verir ki, “Konsept Holding” MMC yalnız Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan sifariş alıb. Şirkət 2019-cu ildən bəri fondun 12 tenderinin qalibi olub. Tenderlərin ümumi dəyəri 41 004 352 manat həcmindədir.

Ən iri məbləğli tender Laçın rayonunda tikinti və abadlıq işləri ilə bağlı olan tender olub və “Konsept Holding” MMC həmin tender üzrə nə az, nə çox 16 915 883 manatlıq sifariş qəbul edib. Şirkətin qalib olduğu tenderlərin cəmi 3-ü bir milyon manatdan azdır.

Qeyd edək ki, "Konsept Holding" MMC 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nasir Mustafazadə Nadir oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov , ev 29, m. 150 A ünvanında yerləşir.

Daha detallı aşağıdakı cədvəldə :












































Dia-az.İnfo xəbər verir ki, nizamnamə kapitalı 2000 AZN olan “Konsept Holding” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 29, mənzil 150A-da yerləşir. Holdinqin qanuni təmsilçisi isə Hüseynov Tahir Rasim oğludur.

Açıq mənbələrdə Tahir Hüseynov barədə hər hansı məlumat yoxdur. Amma “Konsept Holding” barədə kifayət qədər maraqlı materiallar var. Məsələn, aydın olur ki, holdinq əvvəllər “Azəri Servis LTD” MMC adı altında fəaliyyət göstərib. Bu MMC-nin sahibi isə Nasir Mustafazadə olub. Nasir Mustafazadə barədə məlumatlarda onun “Azəri Servis LTD” MMC-nin direktoru olduğu qeyd edilir.

Nasir Mustafazadənin özünə gəlincə, o, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində işləyib. 2017-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülən Nasir Mustafazadə barədə yerli KİV-də ilginc iddialar var. ASC-nin dəyəri milyonlarla manatla ölçülən tenderlərində “Azəri Servis LTD” MMC-nin də qaliblər sırasında olması bu iddiaların əsassız olmadığına şübhələri artırır.

Ümumiyyətlə, “Azeri Servis LTD” MMC-nin sifarişçiləri əsasən "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, keçmiş "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.




Paylaş:


Müəllif : Tarix:
7-06-2024, 11:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər