reklam
Regionxeberlericom.az » Gündəm » Zəfər Qurbanov iclasları çox sevir, AMMA... - NARAZILIQ VAR...

reklam

Zəfər Qurbanov iclasları çox sevir, AMMA... - NARAZILIQ VAR...

















Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

"Cənab Prezident, biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor- müəllim heyəti universitetimizdə baş verən özbaşınalıqlarla bağlı Sizə müraciət

etmək qərarına gəldik. Cənab Prezident, insanlar da sanki kitablar kimidir, onların əsl üzünü, üzünə baxınca deyil, zamanla səhifələrini oxuduqca anlamaq olur. Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin olunanda bütün kollektiv elə zənn etdi ki, bu adamın gəlişi aqrar təhsilə böyük təkan verəcək. Lakin, kitab kimi zamanla səhifələnən Zəfər Qurbanov işlədiyi müddət

ərzində aqrar sahədən, eləcə də idarəetmə işindən tam bixəbər olduğunu sübut etdi. Zəfər Qurbanov Aqrar Universitetə rektor təyinatından bu günə qədər nə düz əməlli bir kadr islahatı aparır, nə universitetin inkişafı üçün bir addım atır, nə də müəllimlərin sosial rifahının yaxşılaşdırılması üçün əmək haqqını qaldırır. Aqrar təhsil ocağında Zəfər Qurbanovun rektor təyinatından sonra haqsızlıq geniş vüsət almışdır. Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti, tədrisi məhv etməsi ilə sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxutdurur.

Aqrar təhsil ocağının tarixi inkişafı məhz elə sabiq rektor İbrahim Cəfərovun dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti kimi Siz üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə yerində tanış olmuş, görülən işlərə böyük qiymət vermişsiniz. ADAU-nun inkişafında həmişə lazımi addımlar atdığınıza görə kollektiv adından Sizə dərindən

təşəkkür edirik. Cənab Prezident, amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər Qurbanov iclasları çox sevir, bütün günü orda-burda yalandan mənasız iclas keçirir, saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir. Elmi Şurada qərar qəbul edərək, Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi. Bu ferma tələbə yataqxanasının yaxınlığında yerləşirdi. Onu tam dağıdaraq dedi ki, Uçxoz var. Uçxozda olan təsərrüfat isə çox uzaqdır, ona görə də ora tələbələr gedə bilmir. Bunlar da tədrisə çox pis təsir göstərir, dünya bankının xətti ilə tikilən bu fermalarda sadəcə idarəçiliyi nizamlamaq lazım idi, lakin Zəfər Qurbanov

bunu etmək əvəzinə, bu fermaları tamamilə dağıtdı. Sabiq rektor İbrahim Cəfərov heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələrə dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də onları öyrədirdi. Amma indi Zəfər Qurbanov həm maşın- traktor parkını dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir..."


DAVAMI VAR...




Paylaş:


Müəllif : Tarix:
11-06-2024, 11:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər