reklam
Regionxeberlericom.az » Gündəm » İran şahının oğlu prezident seçkilərini boykot etməyə çağırdı

reklam

İran şahının oğlu prezident seçkilərini boykot etməyə çağırdı
















İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi prezident İbrahim Rəisinin ölümündən sonra keçirilən növbədənkənar prezident seçkisinin ölkədə heç nəyi dəyişməyəcəyini bildirib. 

Modern.az xəbər verir ki, İtaliya mətbuatına açıqlamasında Rza Pəhləvi  İran vətəndaşlarını seçkini boykot etməyə çağırıb: 

“Prezidentin ölümü ilə rejimin siyasəti çox da dəyişməyəcək. Siyasət əvvəli kimi Xameneiyə və onun maraqlarına xidmət etmək üçün eyni rolu oynayacaq. İranda prezident sadəcə rejim rəhbərinin katibəsidir, başqa heç nə. 

Hesab edirəm ki, İslam Respublikasının hər zamankındən daha zəif və korrupsiyalaşdığı bir vaxtda prezidentin ölümü İran xalqına güc verib. Rejim yeni prezident seçmək üçün kosmetik dəyişikliyə çalışacaq. Həmyerlilərimə çağırışım bu seçkiləri boykot etmələridirr. Onlar həqiqətən azad və ədalətli seçkiyə layiqdirlər”. 

Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahının ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayır.

İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb. 

Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır. 




Paylaş:


Müəllif : Tarix:
13-06-2024, 10:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər