reklam
Regionxeberlericom.az » Gündəm » Ruslan Əliyev Şeyxin villasına cərimə yazan “Azəriqaz” əməkdaşlarını işdən çıxarıb? - SENSASİON İDDİA

reklam

Ruslan Əliyev Şeyxin villasına cərimə yazan “Azəriqaz” əməkdaşlarını işdən çıxarıb? - SENSASİON İDDİA













"Azəriqaz” İstehsalat Birliyinin sabiq Baş direktoru Ruslan Əliyevin vəzifədə olarkən daha bir qanunsuz əməli ortaya çıxıb.

“32gun.az”-ın əldə etdiyi məlumata görə, Ruslan Əliyevun “Azəriqaz” İB-nin Baş direktoru işlədiyi dövrdə qurumun əməkdaşları tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Bakının Nərimanov rayonu, Murtuz Nağıyev küçəsində yerləşən çoxmərtəbəli villasında illərdir qanunsuz şəkildə qaz sayğacı olmadan işlədilən təbii qaz nəqli aşkar edilib. Bu zaman ərazidə olan “Azəriqaz” əməkdaşları şeyxin dəbdəbəli villasına akt tərtib etmək istəyib. Ancaq Ruslan Əliyev bundan xəbər tutan kimi dərhal həmin əməkdaşların ərazidən uzaqlaşması barədə göstəriş verib. Daha sonra həmin işçilər haqsız yerə işdən çıxarılaraq cəzalandırılıb.

Qanunvericiliyə görə, adətən bu kimi hallar aşkarlanan zaman dəymiş ziyan aktı əsasında yüksək məbləğdə cərimə yazılır və həmin mənzilin qaz təchizatı dərhal dayandırılır. Ancaq Ruslan Əliyev işlədiyi illərdə bu cür qanunsuzluğunu gizlətməyi məharətlə bacarıb.

İddialara görə, Ruslan Əliyev “Azəriqaz”dan getsə də, hələ də İstehsalat Birliyindəki kadrlarını qorumağa və qurumun işlərinə müdaxilə etməyə çalışır. O, bu məsələlərdə köhnə kadrları olan “Azəriqaz” İB-nin Baş direktorunun müavinləri - Cahid Hüseynovun və Rəşad Cavadovun imkanlarından yararlanır.




Paylaş:


Müəllif : Tarix:
21-06-2024, 10:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər