reklam
Regionxeberlericom.az » Gündəm » Fəaliyyətinə xitam verilən vəkil hakim qarşısına çıxacaq

reklam

Fəaliyyətinə xitam verilən vəkil hakim qarşısına çıxacaq


















Vəkillik fəaliyyətinə xitam verilən Əhməd Məhərrəmli barəsində Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunub.

Artıq Bakı İnzibati Məhkəməsində Əhməd Nizami oğlu Məhərrəmlinin kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı prosesə sədrlik edən hakimin adı məlum olub.

Belə ki, bu prosesə sədrlik edən şəxs Aysev Almazova olacaq.

Qeyd edək ki, iyunun 10-da Vəkillər Kollegiyasına Əhməd Nizami oğlu Məhərrəmli ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub. Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17 may 2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb.

Xatırladaq ki, ilk olaraq mətbuatda 12 saylı Vəkil Bürosunun vəkili Əhməd Nizami oğlu Məhərrəmlinin Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə etdiyinə görə fəaliyyətinin bir aylıq dayandırılması ilə bağlı məlumatlar yayılmışdı.




Paylaş:


Müəllif : Tarix:
23-06-2024, 14:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər