reklam
Regionxeberlericom.az » Gündəm » Bələdiyyə sənədi ilə ev tikən şəxslərə ŞAD XƏBƏR: Gələn aydan çıxarış ala biləcəklər

reklam

Bələdiyyə sənədi ilə ev tikən şəxslərə ŞAD XƏBƏR: Gələn aydan çıxarış ala biləcəklər
















Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən bəzi evlərə çıxarış almaq mümkün olacaq.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakıda və Abşeron rayonunda 100 minlərlə sənədsiz ev var ki, bunun da əsas səbəbi torpaqların kənd təsərrüfatı təyinatlı olmasıdır.

Ekspert onu da əlavə edib ki, yeni qanun layihəsində bir sıra normativ aktlar da nəzərə alınmalıdır.

Bu qayda daha öncə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə şamil olunmurdu.

Elnur Fərzəliyev qeyd edib ki, həmin evlərin sənədləşdirilməsi ilə bağlı birmənalı olaraq torpaqlarda təyinat dəyişikliyi olmalıdır. Yaxud həmin daşınmaz əmlak sahəsinə amnistiya verilməlidir.

O vurğulayıb ki, bələdiyyələr tərəfindən satılan torpaqlardakı tikililər də sənədsiz qala bilər.

Yeni layihəyə əsasən gələn aydan bələdiyyə sərəncamları ilə bağlı yeni portal fəaliyyətə başlayacaq. Yəni bələdiyyə sənədi ilə ev alan və ya tikən şəxslər portala daxil olub qeydiyyatdan keçməklə evinə çıxarış ala biləcəklər.

Ətraflı süjetdə:




Paylaş:


Müəllif : Tarix:
24-06-2024, 08:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər