“Milli Məclisdə boş-boş oturan, xalqla maraqlanmayan...” - Qazidən sərt sözlər
Hakim Yeni Azərbaycan Partiyasının deputatları dövlət başçısı İlham Əliyevə Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müraciət ünvanlayıblar.
Namizəd olmağı düşünənlər artıq bu barədə sosial şəbəkələrdə tez-tez paylaşımlar edərək gündəmə gəlirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a 2020-ci ildə namizədliyini irəli sürən Qarabağ qazisi Kamil Musəvi danışıb.
O, bu dəfə də namizəd olmağı düşündüyünü açıqlayıb:
“Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Bununla bağlı deputatlar da ölkə başçısına müraciət ünvanlayıb. Deputatlar gec də olsa, başa düşdülər ki, Milli Məclisdə boş-boşuna oturmağa ehtiyac yoxdur. Vəzifədə oturan, xalqın seçdiyi hər bir şəxs onların haqqını verməli, xalqa xidmət etməlidir. Bəzi deputatlar anladılar ki, o vəzifədə boşuna oturublar və parlamentin buraxılması ilə bağlı müraciət ünvanladılar. Dərmanlar
Budəfəki parlament seçkilərinə qatılmaq istəyərəm. Çünki mənim həmişə arzunm olub ki, xalqıma, millətimə xidmət edim. Cəbhədə belə qismət oldu, bura qədər xidmət edə bildim, amma arxa cəbhədə xidməti bitməmiş hesab edirəm və istəyirəm ki, xalqıma bu sahədə də xidmət edim. İstəyirəm ki, dövlətimizi, dövlətçiliyimizi cətəndaşlar qarşısında normal təmsil edək, boş-boşuna vəzifədə, kreslolarda oturmayaq. Biz dövlətimizi vətəndaşlara sevdirəcək şəkildə xidmət etmək istəyirik”.
Seçkiqabağı yaşı 70-i ötmüş, bir çox köhnə simanın deputat mandatı ilə vidalaşacağı da iddialar sırasındadır. Kamil Musəvi qeyd edib ki, parlamentdə əsas məsələ yaş yox, xalqa vicdanla xidmət etmək olmalıdır:
“Yaşı 70-i ötmüş 20-dən çox deputat ola bilər, insanlar düşünür ki, onlar xalqa xidmət etmir, amma inanın ki, yaşı 70-dən aşağı olan bəzi deputatlar da xalqa normal xidmət etmirlər. Xalq deputatı ona görə seçir ki, xalqın haqq səsini çatdırsın, dövləti vətəndaş qarşısında normal təmsil etsin, vətəndaşların problemlərini Milli Məclisdə qaldırsın və həll yolları üçün əlindən gələni əsirgəməsin. Mən seçkilərə qatılanda müşahidə edirdim, sakinlər deyirdi ki, deputatımızı tanıyırıq, amma heç üzünü görmürük. Belə deputat olmaq olmaz! Bu cür xidmət etmək olmaz.
Təkcə 70 yaşını ötən deputatlar yerini gənclərə verməli deyil, həm də Milli Məclisdə boş-boş oturan, xalqla maraqlanmayan deputatlar yerini xalqa xidmət etməyi bacaranlara verməlidir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-06-2024, 14:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər