reklam
Regionxeberlericom.az » Gündəm » Göyçayda gənclər işsizlikdən əziyyət çəkir- MÜRACİƏT

reklam

Göyçayda gənclər işsizlikdən əziyyət çəkir- MÜRACİƏT

















RegionXəbərləricom.az-ın elektron poçtuna Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Tarverdiyev Davud Niman oğlu tərəfindən daxil olan məktubda deyilir; 

 "Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev verdiyi sözə hələ də əməl etməyib. Belə ki, 04.06.2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında keçirilən vətəndaşlarla görüşdə iştirak etdim. Rayon rəhbərliyinin qəbulunda oldum. İcra başçısı Natiq Ağayevə gənclərin ümumi və özümün işsizlik çətinliyim barəsində danışdım. Keçirilən görüş zamanı rayon rəhbərliyi N.Ağayev mənim işlə təmin olunacağıma və mənimlə əlaqə saxlanacağına söz verdi. Lakin, görüşdən artıq 1 aya yaxındır müddət keçməsinə baxmayaraq mənim işsizlik problemim həll olunmayıb və başçı verdiyi sözə hələ də əməl etməyib. Mən uzun illərdir sosial şəbəkələrdə sosial video blogerlik fəaliyyəti ilə məşğulam. Blogerlik fəaliyyətimdə isə qazancım yalnız reklamlardan ibrarətdir. Reklam çəkilişləri edərək qazanc əldə edirəm. Əksər vaxtlar reklama görə müraciət edən olmadığı  üçün pul qazana bilmirəm. Buna görə yoxsulluq həddində acınacaqlı durumda yaşayırıq. Ailəmizdə heç kəs işləmir, bu səbəbdən maddi cəhətdən çox korluq çəkirik.

İşsizlik problemim üçün ölkə başçısı cənab İlham Əliyevə müraciət edirəm. Hörmətli Prezident Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə bağlı mənə köməklik göstərəsiniz."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləricom.az 



 

 




Paylaş:


Müəllif : Tarix:
25-06-2024, 10:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər