“Kontakt Home” Göyçayda şəhid ailəsini məhkəmə ilə hədələyir (VİDEO)
Göyçayda vətən müharibəsi şəhidinin ailəsi "Kontakt Home" mağazası tərəfindən məhkəməyə verilməklə incidilir. Göyçay rayon Hacalıkənd kənd sakini şəhid anası Əliyeva Lalə Rasim qızının sözlərinə görə, onlar Göyçay şəhərində fəaliyyət göstərən "Kontakt Home" mağazalar şəbəkəsindən müəyyən şərtlərlə kreditlə mobil telefon, ətçəkən maşın və qaz pilətəsi alıb. Verilən məlumata görə, şəhidin ailəsi götürdükləri avadanlıqların pulunu həmişə vaxtı-vaxtında ödədiklərini bildiriblər. Lakin, şəhid Əliyev Aslanın atası Elman Əliyev oğlunun şəhid olmasına bir müddət sonra dözməyərək dünyasını dəyişib. Bundan sonra zaman keçdikcə ailənin maddi vəziyyəti çətinləşməyə başlayıb. Şəhid anasının sözlərinə görə, bu səbəbdən şəhid ailəsi krediti vaxtı-vaxtında ödəyə bilmir və kredit müddəti 2 ay müddətinə ümumilikdə "720" manat məbləğ olmaqla gecikir. Bu səbəbdən də tanınmış "Kontakt Home" mağazası şəhid ailəsini gündəlik olaraq nömrələrinə zəng edərək məbləği ödəməklərini qətiyyətlə tələb edir. Əks halda isə icraçılar məhkəmə prosesinin başlanmasına və şəhid ailəsinin məhkəməyə verilməsini bildirir. Şəhid ailəsi də bu problemdən narahat olduğunu bildirir və ölkə başçısı cənab İlham Əliyevdən kömək istəyir.
Xatırladaq ki, Aslan Elman oğlu Əliyev 23 sentyabr 2001-ci ildə Göyçay rayonunun Hacalıkənd kəndində dünyaya gəlib. Vətən müharibəsində noyabrın 7-i Xocavənd rayonunda gedən döyüşlərdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq....
Fuad Hüseynov
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:26-06-2024, 17:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər