reklam
Regionxeberlericom.az » Gündəm » Ağstafa icra başçısının macəra dolu həyatı: Seymur Orucovun başı qalmaqaldan açılmır (FOTO)

reklam

Ağstafa icra başçısının macəra dolu həyatı: Seymur Orucovun başı qalmaqaldan açılmır (FOTO)












Ağstafanın icra başçısı Seymur Orucov rayonun Xılxına kəndində görüş keçirib. Tribunainfo.az-ın verdiyi xəbərə görə, görüşə dair yayılan məlumat, fotolar bir sıra suallar doğurub. Əvvəla, İH-nin rəsmi saytında görüş haqda yayılan informasiyanın başlığında primitiv korrektə səhvinə yol verilib. Bunu oxuyan ən savadsız adam da görə bilər. Amma Ağstafa İH-nin diplomlu əməkdaşları səhvi düzəltmək belə istəməyiblər.

İkinci nüans görüşdən olan fotolardı. Adı kənd camaatı ilə görüş olsa, da, sakinlər arxada oturublar, ön sırada qalstuklu İH əməkdaşları əyləşiblər. Nəhayət, üçüncü məqam ondan, ibarətdir ki, görüş haqda verilən xəbərdə dövlət başçısının uğurlarından bəhs olunsa da, icra başçısının Ağstafa sakinləri üçün hansı, işlər gördüyü, sözügedən kənd əhlinin nədən şikayətçi olduğu qeyd olunmayıb.








Bundan bir qədər öncə isə, Aqstafa rayonu, Sadıqlı kənd sakini, Qarabağ qazisi Əfəndiyev Ramin Mübariz oğlunun yerli icra hakimiyyətindən gileyi mediada dərc olunmuşdu. Şikayətçi iddia edir ki, dəfələrlə rayon İcra Hakimiyyətində qəbulda olsa da, işlə təmin olunmasına kömək etmirlər: “Mən, Əfəndiyev Ramin Mübariz oğlu, yazaraq bildirirəm ki, İkinci Qarabağ Müharibəsinin iştirakşısı olmuşam. 2-ci qrup əliləm. Qardaşım Əfəndiyev Amil də veterandır. İşlə bağlı icra başçısının qəbulunda olmuşuq. Bizə bildirirlər ki, iş yoxdur. Bəs, biz nə edək, nə ilə məşğul olaq? Bu qədər işsizlik olar? Deyirlər ki, gedin gözləyin, iş olanda sizə məlumat verəcəyik. Amma heç bir məlumat vermirlər. Bu gedişlə heç vaxt da iş olmayacaq”.









Ağstafa rayon icra başçısı Seymur Orucovu da özünü doğrultmayan gənc kadrlar sırasına salmaq olar. Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. Seymur Orucovun qaynatasının keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyev olması onun bu ali məktəb karyerasında böyük rol oynayıb. O, 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi, 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. Ən maraqlısı da odur ki, 24 yaşında Şəmsəddin müəllimin himayəsi altında dekan, saha sonra Tərbiyə işləri üzrə prorektor vəzifəsində olmağa qədər yüksəlib. Şəmsəddin Hacıyevin maliyyə fırldaqları və rüşvət məsələsi ilə bağlı vəzifədən uzaqlaşdırılması ilə Seymur Orucovun da Universitetdəki fəaliyyəti sona çatıb. Daha sonra sabiq rektorun qızı ilə evliliyə rəsmən son verilib. Növbəti karyera yüksəlişində onun dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyev rol oynayıb. S.Hacıyev 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən S.Orucov rayonun sabiq icra başçısı Nizaməddin Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina etməsi və başqasına məxsus olan inventarları mənimsəməkdən də çəkməməsi ilə qalmaqal yaratmışdı. Azərbaycan reallığında ilk dəfə belə hal yaşanırdı və gənc icra başçısına yazılmamış qanunları izah etməklə bu situasiya ört basdır edildi. Bir müddət öncə isə Seymur Orucov ikinci evliliyi ilə gündəmə gəlib. Əlbəttə bəziləri hesab edə bilər ki, hər kəsin evlənmək haqqı var, burda qəribə heç nə yoxdur və bu, icra başçısını vurmaq üçün heç də yaxşı mövzu deyil; bəziləri sanır ki, media tiraj üçün şou tapıb və s…

Əlbəttə, mövzunun şou hissəsi də yox deyil. Ancaq bu toyun gündəmə çevrilməsini şərtləndirən səbəblər də çoxdur. Əvvəla, Seymur Orucov bu ölkənin iri rayonlarından birinin başçısıdır, dövlətin siyasi-inzibati iradəsini yerdə təmsil edir. Onun özəl həyat anlayışı ola bilməz – bütün addımları ictimaidir. Azərbaycanda ikinci yox, 8-ci dəfə də evlənən şəxslər var, onlar haqda kimsə nəsə yazmır. S.Orucovun toy məsələsi buna görə ciddi medianın da diqqətini çəkdi.

İkincisi, dövlətin siyasi iradəsini yerdə həyata keçirən şəxs olaraq S.Orucovun milli dəyərləri mütləq şəkildə qoruması artıq bir seçim deyil, vacibdir: sən bu ölkənin məmurusansa, ənənələri yaşatmağa borclusan. Azərbaycanda isə kişi 10 dəfə də evlənə bilər, ancaq yalnız bir dəfə “bəy” olur, özünə bir dəfə toy edir. Çox nadir istisnalar yalnız gənclərə aid ola bilər – o da əgər hansısa səbəbdən ayrıldıqdan sonra övladı yoxdursa. Bu baxımdan 4 uşaq atası olan bir şəxsin bu qədər irimiqyaslı toy-dügün keçirməsi diqqətləri özünə çəkməyə bilməzdi.

Hər kəsin doğrudan da ailə qurmaq, evlənmək, ərə getmək kimi təbii haqqı var. S.Orucov da birinin qolundan yapışıb, evinə aparsaydı, səssiz-küysüz – yəni musiqinin səsi bütün Bakını başına götürmədən – ciddi media bu olayı işıqlandırmayacaqdı. Anadolu türklərinin gözəl bir sözü var: “makamına sayğı göstərmək”. Özün istədiyin düşüncədə ola bilərsən, istədiyin həyatı yaşamaq haqqın da var, ancaq dövlət məqamındasansa, dövlət ərkanına, xalq ənənəsinə uyğun davranmaq öhdəliyini o vəzifəni qəbul edərkən götürmüsən demək.

İndi isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının adı 194 min manatlıq mənimsəmə işində hallanır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib. Rəşad Babayev məhkəmədə deyib ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Rəşad Babayev deyib ki, 194 min manatdan 135 min manatını Seymur Orucova şəxsən verib, 15 min manatı Gülbənizə qaytarıb, qalan 44 min manatı isə öz ehtiyaclarına sərf edib. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.




Paylaş:


Müəllif : Tarix:
6-07-2024, 11:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər