AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN QİYABİÇİ REKTORU - Zəfər Qurbanov idarəçiliyi ADAU-nu məhvə aparır İDDİA/FOTO
Redaksiyamıza bir ADAU-nun bir qrup professor-müəllim heyəti adından müraciət daxil olub. Bəzi şəxsi məsələlərə toxunulan hissələri çıəxardaraq şikayətin birinci hissəsini oxuculara təqdim edirik: Bir neçə gündür ki, sosial şəbəkələrdə Şəlalə Zeynalovanın Azərbaycan
Dövlət Aqrar Universitetində ilk xanım dekan təyin olunması haqqında xəbərlər
tirajlanır. Məlumat üçün bildirmək istəyirik ki, Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləyir. Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir.
Digər tərəfdən dekan seçki prosesində seçilməlidir, daha rektor Zəfər Qurbanovla hələ Bakıda işləyərkən tanış olduğuna görə təyin olunmur.
Bu nə biabırçılıqdır.
Kim hansı rəhbər vəzifəyə təyin olunursa, dərhal oranı talamağa, ağlına gələn qərarları verməyə və oranı ata mülki kimi istədiyi formada idarə etməyə başlayır. Maraqlıdır ki, Zəfər Qurbanov Şəlalə Zeynalovanı bir gündə 4 kafedranın hər birində bir saatdan bir müzakirə etdirib dekan kimi əmrini verdi. Həm də bu xanımı Zahir Ələsgərovun müdir olduğu kafedraya 0,5 ştat müəllim vəzifəsinə də
götürdü. Zəfər Qurbanov öz maraqları xatirinə bir-birinə uyğun gəlməsə belə müxtəlif kafedraları birləşdirir. Məlumdur ki, "Meşəçilik" kafedrası çox spesifik bir kafedradır. Bu gün bütün dünyada qlobal istiləşmə prosesi gedir. Onun qarşısının alınması, ekoloji tarazlığın qorunması, torpaq sürüşmələri, yağıntıların miqdarının artması, sel, daşqın və s-in qarşısının alınmsı üçün meşələr çox vacibdir. Bu kafedraya isə ulu öndər Heydər Əliyevin göndərişi ilə Rusiyada təhsil almış, keçmiş İttifaq miqyasında tanınmış insan Vidadi Səmədov rəhbərlik edirdi. Vidadi Səmədov tələbələr ttərəfindən sevilən, savadlı və həddindən artıq tələbkar müəllimdir. Zəfər Qurbanovun özbaşınalıqlarına etiraz etdiyi üçün rektor onun rəhbərlik etdiyi kafedranı ləğv edərək korrupsioner, adı saxta diplom satışı və saxta tələbə qəbullarında hallandırılan Musa Bayramovun kafedrasına birləşdirdi. Eləcə də "Texniki mexanika" və "Maşın mühəndisliyi və standartlaşdırma" kafedraları da bir-birinə uyğun gəlməsə də Zəfər Qutbanov tərəfindən birləşdirilməyə məruz qalıb. Habelə, "Elektroenergetika" və "Elektrik mühəndisliyi" kafedraları da birləşdirilib. Birləşdirilən kafedralar üçün müdirlik vəzifəsi auksiona çıxarılb. Rektor Zəfər Qurbanov son iki ayda universitetdə cəmi 8 dəfə olub. Həmişə
xarici ölkələrdə gəzməkdədir. Türkiyədən vurur Avstriyadan çıxır. Hal-hazırda isə on gündən artıqdır ki, Portuqaliyadadır. Universitet əməkdaşları iyul ayının 15-dən məzuniyyətə çıxır. Zəfər Qurbanov isə Portuqaliyadan məlumat göndərib ki, heç kim məzuniyyətə çıxmasın, ayın 15-də Portuqaliyadan qayıdıb Uçxozda Elmi Şura keçirəcəm. Universitetin kifayət qədər iclas zalları olduğu halda, uzaq bir yerdə Günəşin altda, çölün ortasında Elmi şura keçirməyin görəsən mənası nədir? Aydındır ki, tibb təhsili olmayan, tibbdən xəbərsiz bir adamı Tibb Universitetinə rektor qoymaq olmaz. Eləcə də aqrar təhsili olmayan, bu sahəyə tam yabancı adamın Azərbaycan Dövlət Aqrar Universitetində rektor işləməyi ADAU- nu məhvə aparır. Faciəli cəhət ondan ibarətdir ki, Zəfər Qurbanovun idarəetmə işində ətrafına yığdığı şəxslərin əksəriyyəti aqrar sahədən heç bir məlumatı olmayan insanlardan ibarətdir.
Ardı var.
Hörmətlə, ADAU-nun bir qrup
professor-müəllim heyəti
Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2024, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər