reklam
Regionxeberlericom.az » Gündəm » «Artıq ödənilmiş 1 milyon manat vergini geri qaytarmışam» - Vergi eksperti

reklam

«Artıq ödənilmiş 1 milyon manat vergini geri qaytarmışam» - Vergi eksperti


regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycanda vergi inzibatçılığının təkmilləşməsi özünü təkcə yığımların səviyyəsində deyil, həm də artıq ödənilən vergilərin geri qaytarılmasında göstərir.

Belə ki, vergi yığımlarının artması fonunda, artıq ödənilmiş və ya əsassız hesablanmış vergilərin qaytarılması da davam edir.

Artıq ödənilmiş və ya düzgün hesablanmamış vergilərin geri qaytarılması ilə məşğul olan ekspertlərdən biri Vəli Əliyevdir. Onun sözlərinə görə, ilin əvvəlindən indiyədək xidmət göstərdiyi müştərilərin 1 milyon manatdan artıq məbləğdə artıq ödənilən vergilərin geri qaytarılmasına nail olub. Bunların 3-ü hüquqi şəxs, 8-i fiziki şəxsdir. Şirkətlər fərqli sahələrdə fəaliyyət göstərir. Geri qaytarılan vergi ödənişlərinin məbləği də fərqlidir. Geri qaytarılan ən böyük məbləğ 800 min manatdır.

V.Əliyevin sözlərinə görə, artıq ödənilmiş vergiləri əsasən yazışma - Vergilər Nazirliyinin müvafiq qurumlarına hüquqi cəhətdən əsaslandırılmış məktublar ünvanlamaqla geri qaytarır. Qeyd edək ki, Vergilər Nazirliyində belə mübahisələrə baxılması üçün Apellyasiya Şurası da fəaliyyət göstərir. Amma V.Əliyev bildirir ki, məsələni bu quruma çatmadan da həll etmək olar: «Yazışma prosesi normal qurulanda məsələnin Apellyasiya Şurasına çıxmadan həlli də mümkündür. İndiyədək cəmi 2 işdə Apelyasiya Şurasında qalib gəlmişik. Ona qədər sadəcə yazışmalar aparılır və qarşı tərəf vəziyyətin onun xeyrinə olmadığına əmin olur və vəsaitləri geri qaytarır».

Hətta bir halda Apellyasiya Şurası nəinki verginin geri qaytarılmasına, hətta həmin məbləğə görə, şirkətə gecikmə faizinin ödənilməsinə də qərar verib.

Geri ödənilən vəsaitlərin hansı vaxta qaytarılmasına gəlincə, V.Əliyev bildirir ki, qanunvericiliyiə görə, artıq ödənilən verginin geri qaytarılması ilə bağlı qərar veriləndən sonra bu barədə dövlət xəzinədarlığına rəy 25 gün ərzində göndərilməlidir, 45 gün ərzində isə vəsait qaytarılır: «İşlər bu qrafikə uyğun gedəndə şirkətə gecikmə faizi ödənilmir. Amma praktikada bu prosesin 3 aydan tez olduğunu görməmişəm»-deyə ekspert bildirib.


Paylaş:


Müəllif : Tarix:
25-09-2019, 12:03
Sikayət   


loading...
Загрузка...