reklam
Regionxeberlericom.az » Gündəm » Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu - Yenilənir

reklam

Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu - Yenilənir

















Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 9 saylı poliklinikada baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.




Paylaş:


Müəllif : Tarix:
9-07-2024, 15:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər