Naxçıvanda nə baş verir? – Məşhur generalla bağlı əməliyyatın şok detalları
General Kərəm Mustafayevin adı 10 ildən çoxdur medianın gündəmindən düşmür. Vaxtaşırı bu ad müxtəlif mövzularda manşet xəbərinə çevrilir.
K.Mustafayevlə bağlı xəbərlər 2022-ci ilin noyabr ayından başlayaraq daha da intensivləşib. Həmin ilin payızında Naxçıvan Muxtar Respublikasında keçirilən antikorrupsiya əməliyyatları bir çox sahələri əhatə etdi. Muxtar respublikanın elə bir sahəsi olmadı ki, orda DTX, Baş Prokurorluq əməliyyat keçirməsin. Xeyli vəzifəli şəxs saxlanılaraq Bakıya gətirildi. Bir qismi işdən çıxarılmaqla, malından olmaqla canını, azadlığını qorudu.
Bu əməliyyatların kulminasiya nöqtəsi Vasif Talıbovun vəzifədən uzaqlaşdırılması oldu. 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini tutan V.Talıbov 21 dekabr 2022-ci ildə bu vəzifədən getdi. Həm də çox hörmətsiz, urvatsız şəkildə. Bu qədər xidmətə rəğmən biabırçı şəkildə karyerası sonlandırıldı. Sözün əsl mənasında “Xanı” bitirdilər.
Buna səbəb olan amillər haqda ötən müddətdə çox yazılıb. Ona görə təkrarçılığa yol verməyə gərək yoxdur. Sadəcə bir məqamı deyək ki, görünür, Vasif Talıbov elə bir səhvə yol verib ki, dövlət onu bağışlamağa bir xırda tutarqa tapa bilmədi. Vaxtilə etdiyi xidmətlər, göstərdiyi sədaqət onun köməyinə çatmadı.
“Vasif Talıbov əməliyyatı” başlayar-başlamaz Naxçıvanda vəzifədə olan digər şəxslər haqda müxtəlif xəbərlər yayılmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, bu şəxslər arasında general Kərəm Mustafayevin adı ilk sıralarda çəkilirdi. Onun gah vəzifədən uzaqlaşdırıldığı, gah saxlanılaraq Bakıya gətirildiyi barədə qeyri-rəsmi xəbərlər dolaşırdı. General həmin dövrdə vəzifəsini və azadlığını qoruya bildi. Bu dalğanı adlatdı. Amma görünür, başının üstündən qara buludlar çəkilməyibmiş.
Bu ilin fevralında isə Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Mirzə Xəlil oğlu Cəlilov həbs olundu (red). O, Xidmətin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir. Mirzə Cəlilov Talıbovun vaxtında Naxçıvan şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.
İyul ayının 5-də Kərəm Mustafayev haqda növbəti məlumat yayıldı. Hərbi ekspert Ədalət Verdiyev özünün sosial şəbəkə hesabında qısa məlumat paylaşdı. Bu məlumat mediada bomba effekti yaratdı.
Ə.Verdiyev paylaşdığı xəbərdə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edildiyi deyilirdi. Kərəm Mustafayevin vəzifəsindən azad olunduğunu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanının birinci müavini – Qərargah rəisi general-leytenant Fazil Ağalarov təsdiq etmişdi.
İyulun 8-də Kərəm Mustafayevlə bağlı daha bir məlumat yayıldı. Məlumatda deyilirdi ki, general dindirilib:
““Qafqazinfo”ya etibarlı mənbələrdən daxil olan məlumata görə, Kərəm Mustafayev bu günlərdə prokurorluğa çağırılıb. General-polkovnik istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verib. Onun iş üzrə hansı qisimdə dindirildiyi bilinmir. Bu barədə məsul qurumlardan rəsmi açıqlama verilməyib. Məsələnin detallarını öyrənməyə çalışırıq”.
Bəzi mənbələr iddia edirlər ki, K.Mustafayev “Tərtər işi” ilə bağlı istintaqa cəlb edilib. Bu versiya bir qədər inandırıcı görünməyə bilər. Artıq “Tərtər işi” yekunlaşmaq üzrədir. Məhkəmələr demək olar, bitib.
Müdafiə Nazirliyi sistemində rüşvət, korrupsiya ittihamları ilə son illər həbs olunan generalların ifadəsində müxtəlif şəxslərin adları çəkilib. Məsələn, həbsdə olan zabitlər məhkəmədə bir neçə dəfə vəsatət qaldıraraq keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqovun məhkəmədə ifadə verməsini tələb ediblər. Kərəm Mustafayevin bu mövzuda istintaqa cəlb edilməsi mümkündür. “Qafqazinfo”da gedən yazıda da buna müəyyən işarələr var.
Xatırladaq ki, Müdafiə Nazirliyində (MN) qanun pozuntuları ilə bağlı saxlanılan MN-in Satınalmalar və Təchizat İdarəsinin rəisi olmuş polkovnik Məlikməmməd Qurbanov 29 aprel 2024-cü ildə məhkəmədə şahid qismində ifadə verərkən Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla bağlı danışıb. O, sabiq rəisin ona müxtəlif vaxtlarda MN-in Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədova çatdırmaq üçün 300 və 500 min manat pul verdiyini deyib.
Naxçıvanda keçirilən əməliyyatlar başa çatmış kimi görünsə də, əslində prosesin bitmədiyi hər halından bəllidir. Kərəm Mustafayevin işdən çıxarılması, istintaqda dindirilməsi xəbərləri növbəti ciddi hadisələrin anonsu sayıla bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-07-2024, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər