Deputatı hansı cəza gözləyir? — Hüquqşünasdan AÇIQLAMA
Məsələnin mahiyyəti belədir ki, Rəfael Cəbrayılov deputat vəsiqəsini girov qoyub və 300 min dollar borc götürüb. Həmin pulu da illərdir qaytarmır. Məsələ böyüyüb, sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Deputatın yalvarma, inadkarlıq göstərməsi əks olunan videosu da yayılıb. Hansında ki, o, “yıxıldığını, pulu hissə-hissə qaytaracağını” vəd edir.
Rəfael Cəbrayılovun növbəti dəfə parlamentdə olub-olmayacağı kimi müzakirələr də səngimək bilmir. Ona növbəti dəfə mandat verilməyəcəyi ehtimalları ilə yanaşı, yenidən “stavka” olunacağı da istisna edilmir. Parlamentdə onun kimi deputatların az olmadığı diqqətə çatdırılır.
Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoymaqla 300 min dollar götürməsinə münasibət bildərən hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a bildirdi ki, burada qanunsuzluqdan söhbət gedə bilməz:
“O baxımdan ki, nəinki deputat vəsiqəsi, ümumiyyətlə, heç bir vəsiqə girov qoyula bilməz. Rəfael Cəbrayılova 300 min dolları deputat vəsiqəsini girov almaqla verən sələmçi daha çox həmin vəsiqə vasitəsilə pulunu geri alacağını hesablayıb. Yəni deputat pulu verməyəndə sələmçi deputat vəsiqəsini ortaya çıxarır və Rəfael Cəbrayılovdan pulunu geri istəyir.
Rəfael Cəbrayılov da deyə bilmir ki, mən ondan pul almamışam. Ortaya sual çıxacaq ki, bəs sənin deputat vəsiqən sələmçidə nə gəzir? İş üzrə məhkəməyə müraciət olunsa, məhkəmə heç bir halda deputat vəsiqəsini girov hesab etməyəcək. Məsələnin daha çox mənəvi tərəfi var. Deputat vəsiqəsini girov qoyubsa, bu biabırçılıqdır. Sələmçilərdən hər cür hərəkət, şantaj gözləmək olar. Hər bir halda deputatın borcu niyə məhz sələmçidən götürdüyü də anlaşılmır. Çünki deputatın imkanı var ki, banklardan kredit alsın. Sələmçilərin faiz dərəcəsi bankların faiz dərəcəsindən qat-qat artıqdır. Sələmçilərə o şəxslər müraciət edir ki, onların adları banklarda ”qara siyahı"lardadır. Yəni banklardan pul alıb qaytarmayıblar.
Sələmçilərin faizləri bəzən 200-250 faizə çıxır. Rəfael Cəbrayılovun sələmçilərə üz tutmasının səbəbi də araşdırılmalıdır".
Hüquqşünas deyir ki, sələmçilər adi vəsiqə ilə kimsəyə pul verməzlər:
“Deputat vəsiqəsinin girov qoyulması ajiotajını hesablayaraq Rafael Cəbrayılova sələmə pul verildiyini güman edirəm. Sələmçi fikirləşib ki, deputat ən azı, vəsiqəsinə görə pulu qaytarar. Əslində isə alınan pul girovsuz kreditdir. Bu kreditin heç bir təminatı yoxdur.
Məsələn, mən bir teleaparıcı tanıyıram, o da qatı sələmçidir. O da sələmi girovsuz-filansız tanınan şəxslərə verir. Belə hallarda ümid pulu alan şəxsin adının ləkələnməməsi üçün pulu qaytaracağınadır. Əks halda, onu biabır edərlər. Halbuki cəmiyyət həmin sələm verən şəxsləri yaxşı insanlar kimi tanıyır. Onların bir şantajçı olduqlarını bilmir. Rəfael Cəbrayılova sələmə pul verilərkən də ümid bu olub ki, o, adına, adının ləkələnməməsinə görə pulu qaytaracaq”.
Hüquqşünas deyir ki, sələmə pul vermək qanunla qadağan deyil. Amma həmin fəaliyyətə görə vergi ödəməmək cinayətdir: “Bax, elə həmin o məşhur teleaparıcı da vergi ödəmir. Sələmə pul verir, pul qazanır, amma dövlətin vergisini ödəmir. Azərbaycanda sələmçilər kütləvi şəkildə vergidən yayınırlar. Bu isə cinayətdir. Sələmə pul götürmək isə cinayət deyil. Rəfael Cəbrayılovun əməlində qanun pozuntusu yoxdur. Amma inanmıram ki, növbəti parlament seçkilərində onun namizədliyi qeydə alınsın”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-09-2019, 13:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-09-2019, 13:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39