reklam
Regionxeberlericom.az » Gündəm » Ziya Məmmədovun qardaşı böyük siyasətə qayıdır

reklam

Ziya Məmmədovun qardaşı böyük siyasətə qayıdır
















Azərbaycanın nəqliyyat naziri olmuş Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılacaq. 

Elton Məmmədov 94 saylı Ucar seçki dairəsindən naziməd olmaq niyyətindədir. Məlumata görə, o, artıq sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib. 

Elton Məmmədov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. "Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərimi 94 saylı dairə seçki komissiyasına təqdim etmişəm", deyə keçmiş deputat bildirib. 

Qeyd edək ki, Elton Məmmədov 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. O, 2000-2015-ci illərdə 91 saylı Ucar seçki dairəsindən 3 çağırış Milli Məclisin deputatı olub, 13 may 2019-cu ildən 28 noyabr 2019-cu ilə qədər AzTU-nun strateji inkişaf üzrə prorektoru, 28 noyabr 2019-cu il tarixindən 16 yanvar 2020-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, 16 yanvar 2020-ci il tarixindən Azərbaycan Milli Elmlər Akademiyası İşlər idarəsinin müdiri vəzifələrində çalışıb.





Paylaş:


Müəllif : Tarix:
11-07-2024, 15:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər