Deputatlığı boyunca SUSDU... yenidən mandat alıb NƏ EDƏCƏK Kİ?.. - HƏQİQƏTƏN DƏ...
Neçə illərdir ki, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış sabiq deputatı və İntizam Komissiyasının sabiq üzvü olan Məşhur Məmmədovun adı nəinki ölkə hüdudlarında, hətta ölkə hüduadlarından çoxçox uzaqlarda da məşhur olmaqdadır. Amma, necə? Elə bu necəliyin nəticəsidir ki, bu yöndə müəyyən araşdırmalara başladıq. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, ötən illər ərzində cibində deputat mandatı gəzdirən, seçicilərinin taleyüklü məsələləri ilə bağlı bircə dəfə də olsun Milli Məclisdə çıxış etməyən bu şəxs, parlamentin üzvü olsa da, onun adı “lal deputat”lar sıyahısında daha öncül yerdə olmuşdur. Amma, onu da unutmaq olmaz ki, Məşhur Məmmədov parlamentdə intizam Komissiyasının sabiq üzvü olsa da o, heç zaman intizama əməl etməmiş və üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirməmişdir. Yəni, bu şəxs ötən müddət ərzində Azərbaycan Parlamentində fəaliyyətsiz olmuş və bir kimsə bu şəxsin hansısa məsələ ətrafında çıxış etməsini, yaxud da məsələlərlə bağlı mövqe sərgiləməsini eşitməmişdir. Bu şəxsin adı geniş ictimaiyyət arasında daha çox biznesmen-deputat, məşhur “Embawood” mebel firmasının sahibi olaraq məşhur olmuşdur.
Media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, bu şəxsin başı heç zaman qalmaqallardan uzaq olmamışdır. Məsələn, son vaxtlar yayılan məlumatlarda bildirilir ki, Məşhur Məmmədov yaxınları ilə aralarında olan gərgin münasibətlərə görə, sahib olduğu şirkətlərinin, kredit təşkilatlarının və mebel firmalarının bir qismindən imtina etməyə məcbur olur.
Bütün bunlar qalsın bir yana, son vaxtlar ictimaiyyət arasında dolaşan söz-söhbətlərə görə, Məşhur Məmmədov bu ilin sentyabr ayında ölkəmizdə keçiriləcək parlament seçkilərində iştirak etmək fikirinə düşüb. O halda sual oluna bilər ki, 61 yaş həddinə çatan və ötən dövr ərzində parlamentin “lal deputat”ı olduğundan, adı “lal deputatlar” siyahısında öncül yerdə olan bu şəxs, görəsən bundan sonra hansı yeniliyə imza atmaq fikirindədir? Redaksiyamıza daxil olan bəzi məlumatlara görə, Məşhur Məmmədovun yenidən deputat olmaq istəyinə “yox” deyilib və bunula da onun PARLAMENTƏ gedən “yolu bağlanıb”. Söz yox ki, buna müxtəlif amillər səbəb olub və həmin səbəblər içərisində ən başlıcası, məhz bu şəxsin təmsil olunduğu seçki dairəsi ərazisində yaşayan seçicilərə aid problemlərin bircə dəfə də olsun Milli Məclisdə müzakirə olunmasına cəhd göstərməməsi, bir sözlə özünü millət vəkili olaraq doğrultmağı bacarmaması olmuşdur. Bu kimi səbəblər üzündən də, seçicilərin bu şəxsə “biz yekdilliklə ona “yox” deyəcəyik” demələri haqda, yerlərdə söz-söhbətlər dolaşır. Deməli, Məşhur Məmmədov nə qədər çalışsa da, onun MİLLİ MƏCLİSƏ gedən yolu birdəfəlik “bağlanıb”. Çünki, ...
Nyus.Az
Paylaş:
Müəllif : Fuad
Tarix:15-07-2024, 12:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər