reklam
Regionxeberlericom.az » Gündəm » Bu gün Vasif Talıbovla bağlı qərar veriləcək

reklam

Bu gün Vasif Talıbovla bağlı qərar veriləcək
















Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında İdarə Heyətinin iclası keçirilir. Ali qurumun toplantısında İdarə Heyətinin 40 üzvündən 39-u iştirak edir. 

YAP İdarə Heyətinin üzvü, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov mərkəzi qərargaha təşrif buyurmayıb. Onun hansı səbəbdən iclasa qatılmadığı bəlli deyil. 

Qeyd edək ki, iclas başa çatandan sonra hakim partiya özünün deputatlığa namizədlərinin siyahısını açıqlayacaq. Vasif Talıbovun adının YAP-ın namizədlərinin siyahısında yer almayacağı bildirilir. 

Xatırladaq ki, Vasif Talıbov Milli Məclisin 1 saylı Şərur- Sədərək seçki dairəsindən seçilmiş deputatıdır. O, həmçinin birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin də deputatı olub.




Paylaş:


Müəllif : Tarix:
17-07-2024, 11:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər