reklam
Regionxeberlericom.az » Gündəm » Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib

reklam

Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib



















Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və digər üç zabitin məhkəməsi davam edir.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda 20 cilddən çox sənəd tədqiq edilib. Cinayət işləri isə ümumilikdə 128 cilddən ibarətdir.

Sənədlərdən birində yazılıb ki, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə 4 milyon manatdan çox dövlət vəsaiti təyinatı üzrə xərclənməyib. Həmin vəsait maliyyə xidmət rəhbərlərinin əli ilə mənimsənilib.

Bundan əlavə, digər hərbi hissələrdə vəzifə və xüsusi rütbələr üçün ayrılan pullar da tamah niyyəti ilə mənimsənilib.

Hərbi qulluqçulara ayrılan vəsaitlərin mənimsənilməsi və digər bir neçə sənədə də baxış keçirilib. Sənədlərin hamısında külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən söhbət gedir.

Prosesin davamında təqsirləndirilən polkovnik Cəlal Kazımovun vəkili müvəkkili ilə istintaq vaxtı üzləşdirilən şahidlərin dediklərinin sübut kimi qəbul edilməsini istəyib.

Hakimlər həmin şahidlərin məhkəmədə dindirildiyini qeyd edərək vəsatəti müzakirəyə çıxarmayıblar.

Məhkəmə tərkibinə daxil olan hakimlərdən biri əmək məzuniyyətinə getdiyinə görə proses 1 aylıq təxirə salınıb.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. İş üzrə çoxsaylı zabitlər cinayət məsuliyyətinə cəlb edilib. Nazirliyin birgə ittiham olunan Maliyyə və Büdcə idarəsinin rəisi olmuş general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin eks-maliyyə rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə rəisi işləmiş polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəsinin eks-rəisi kapitan Vüsal Əlizadə 3 ilə yaxındır həbsdədirlər.




Paylaş:


Müəllif : Tarix:
19-07-2024, 17:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər