reklam
Regionxeberlericom.az » Gündəm » 10 SAYLI EKOLOGİYA İDARƏSİNİN RƏİSİ AZƏR QULİYEV GƏNCƏDƏ TƏBİƏT "TERRORÇUSU" KİMİ TANINIB

reklam

10 SAYLI EKOLOGİYA İDARƏSİNİN RƏİSİ AZƏR QULİYEV GƏNCƏDƏ TƏBİƏT "TERRORÇUSU" KİMİ TANINIB












Bu barədə aia.az-a şəhər sakini Eldəniz Əbdürrəhmanov çəkdiyi videomaterillar göndərərək məlumat verib.

Qlobal iqlim dəyişikliyi dünyanı silkələməkdə davam edir. Anomal istilər, qasırğa və tufanlar, iqlim normasından artıq yağıntılar, dolu, leysan, sel flora-fauna ilə yanaşı insan həyatınının da amansız düşməninə çevrilib. Bir yandan isə illlərlə davam edən müharibələr zamanı atılan raket və mərmilər az qala dünyanı məhvərindən çıxarır. Kənd təsərrüfatı iflic vəziyyətinə düşüb. Kimyasız heç bIr məhsul yetişdirmək mümkün deyil. Qısası ekoloji təmiz məhsuldan söhbət belə gedə bilməz. İstər bitkilərdə, istərsə də insanlarda elə xəstəliklər yaranır ki, onun müalicəsi ya mümkün deyil, ya da bunun üçün uzun illər lazımdır.

Artıq bu məsələ dünya dövlətlərinin də bir nömrəli probleminə çevrilib və vəziyyətdən çıxmağın yolları axtarılır. Geniş miqyaslı tədbirlər keçirilir, birlikdə mübarizə mexanizmləri hazırlanır. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) hər il keçirilməsi və sədrliyin BMT-nin beş regionu arasında rotasiya olunması məsələnin cidiliyini daha aydın göstərir. 29-cu konfrans isə bu ilin noyabrında Bakıda olacaq. COP29-a Muxtar Babayev sədrlik edəcək. Bu adamın kim olduğunu yəqin ki, bilməyən yoxdur. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dünya miqyaslı konfransa sədrlik etməsi çox yaxşı haldır. Amma yaxşı olmayan və utanc verən əsas məsələ odur ki, bu nazir hələ heç tabeliyində olan və regionlarda yerləşən ekologiya və təbii sərvətlər idarələrinin rəislərinin öhdəsindən gələ bilmir. Onların pula, daha çox varlanmağa hərisliyi ucbatından əsrlərin yadigarı olan ağaclar kəsilir, yerində pullu dayanacaqlar və otellər tikilir.

Bu hal Gəncədə daha acınacaqlı vəziyyət yaradıb. Kütləvi şəkildə qırılan, doğranan ağaclar birbaşa 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Azər Quliyevin göstərişi ilə məhv edilir. Bununla bağlı Gəncə sakini Əbdürəhmanov Eldəniz Yaşar oglunun döymədiyi qapı, şikayət etmədiyi ünvan qalmayıb. Hətta dəfələrlə qaynar xəttə 168-ə çıxıb. Ancaq daşdan səs çıxıb Muxtar Babayevin qurumundan, yəni rəhbərlik etdiyi nazirlikdən səs çıxmayıb.

Eldəniz Əbdürrəhmanov acınacaqlı mənzərələri telofonu ilə çəkib, faktları yerindəcə göstərib və çox mədəni müraciətlə nazir Muxtar Babayevə ünvanlayıb. Amma heç bir nəticə olmayıb və Eldəniz Əbdürrəhmanov özü deyib, özü də eşidib.

Qırmızı Samux ərazisində də hektarlarla qırmızı kitaba düşmüş dəmir ağac, yulgun ağacları, saqqız ağacları kütləvi şəkildə kəsilib. Təbiətə 100 minlərlə ziyan dəyib. Həmin ərazilər isə xam torpaqlar olduğundan əkin sahələrinə çevrilib.

İndi Eldəniz Əbdürrəhmanov KİV vasitəsilə müraciətini nazir Muxtar Babayevə yenidən ünvanlayır və ictimaiyyətdən soruşur; rüşvətxor və ekoloji terrorçu rəislərinin öhdəsindən gələ bilməyən nazir COP29-a necə sədrlik edəcək və hansı mübarizə metodlarından danışacaq? Və ya danışdıqları nə qədər səmimi olacaq?

Unutmayaq ki, bu gün sıravi vətəndaş belə əkilən və ya əkilmiş ağaclara Azər Quliyev kimi qənim kəsilməməli onları göz bəbəyi kimi qorumalıdır. Əgər qorumursa deməli insanlıq öz sonunu hazırlayır.




Paylaş:


Müəllif : Tarix:
21-07-2024, 11:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər