reklam
Regionxeberlericom.az » Gündəm » “MedEra” Hospitalı Fikrət Qədiməliyevindir?-Fotolar

reklam

“MedEra” Hospitalı Fikrət Qədiməliyevindir?-Fotolar
















Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə bağlı insident “MedEra Hospital”da baş verib. Bu hospital isə dəfələrlə xoşagəlməz hadisələrlə gündəmə gəlib. Hadisə klinikanın sahibinin kimliyi ilə bağlı məsələni yenidən aktuallaşdırıb.













“MedEra Hospital” Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü “dərman işi” ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyev tərəfindən idarə olunur.















“Medera” klinikasının saytının idarə heyətində İbrahim Əliyev direktor kimi göstərilsədə bütün səlahiyyətlər Fikrət Qədiməliyevdə olduğu bildirilir.















Məlumata görə, bir neçə il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilərək həbs olunan Gömrük komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi Fikrət Qədiməliyev azadlığa buraxılandan sonra “MedEra Hospital”a tibbi direktor təyin olunub. Bu xəstəxanada tez-tez rəhbər dəyişikliyi olsa da, əsas idarəçilik və səlahiyətlər hələ də Fikrət Qədiməliyevdədir.

Qeyd edək ki, “MedEra Hospital”ın adının qalmaqallara qarışması və xüsusən də müəmmalı ölümlərlə anılması birinci hal deyil. Belə ki, 1947-ci il təvəllüdlü Məmmədova Tatyana Vladimirovna 25.12.2022-ci il tarixdə qaraciyər serrozu, böyrək yetməzliyi diaqnozu ilə “MedEra Hospital”a daxil olub. Daha sonra həmin qadın hər hansı cərrahi əməliyyata məruz qalmadan öz əcəli ilə xəstəxanaya daxil olduğu xəstəliklərdən 27 dekabr 2022-ci il tarixdə vəfat edib.

Həmçinin 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu 2012-ci ildə əməliyyatdan sonra ölüb. Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

2019-cu ildə isə Türkiyə vətəndaşı, 1960-cı il təvəllüdlü Mustafa Çakır klinikada ölüb.

Ötən il isə “MedEra Hospital”ın plastik cərrahı Günel Bayramlı tərəfindən əməliyyat zamanı xəstəxananın Aygün adlı əməkdaşı vəfat edib.








Həmçinin mətbuatda gedən məlumatlarda “Medera” klinikasında həkimi Əliosman Qədimbəylidəndə müxtəlif şikayətlər yayımlanıb və heç biri ilə bağlı açıqlama verilməyib.

Araşdırmalarımız davam edir.

Adları keçənlərin münasibətini dərc etməyə hazırıq.




Paylaş:


Müəllif : Tarix:
25-07-2024, 08:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər