BDU-də və İdman Akademiyasında dövlət vəsaitinin, əmlakının idarə olunmasının və istifadəsində……
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Bu barədə Palatadan bildirilib.
Məlumata görə, qurumun sədri iclasda ilk olaraq “Bakı Dövlət Universiteti tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin, həmçinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Müzakirələrdə Universitetin rektoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev və prorektorlar da iştirak ediblər. Rektor auditin nəticələrinin Universitetin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın bütün təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.
Daha sonra “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların təhsil müəssisələri tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.
İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-07-2024, 12:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər