reklam
Regionxeberlericom.az » Gündəm » Suraxanı rayonunda acımasızcasına "yaşıl soyqırım": Zeytunluğun böyük hissəsi məhv edilib.... FOTO

reklam

Suraxanı rayonunda acımasızcasına "yaşıl soyqırım": Zeytunluğun böyük hissəsi məhv edilib.... FOTO










Bakıda növbəti ekoloji terror törədilib.

Avtosfer.az xəbər verir ki, paytaxtın Zığ qəsəbəsi yaxınlığında Köhnə Günəşliyə gedən yolun üstündəki zeytunluq ərazisinin böyük bir hissəsi məhv edilib. Əraziyə tamah salan kimliyi məlum olmayan şəxslər gecə saatlarında ağacları əvvəlcə kəsib, daha sonra qurumuş ağac görünüşü vermək üçün yandırıblar.











Bu hadisə sosial şəbəkələrdə gündəm olub. İstifadəçilər törədilən cinayətin təkcə ağaclara deyil, torpağa da ziyan vurduğunu qeyd ediblər. Belə ki, torpağın daha sonrakı məhsuldarlıq səviyyəsi aşağı enir.
















Sosial şəbəkə istifadəçiləri ekoloji cinayəti törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi və təbiətə deyən ziyanın miqdarının məlum edilməsi istiqamətində aidiyyatı qurumların reaksiyasını gözləyir.




Paylaş:


Müəllif : Tarix:
27-07-2024, 09:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər