reklam
Regionxeberlericom.az » Gündəm » Binəqədidə Kəmaləddin Qafarov namizədlik üçün imzaları necə topladı-Video

reklam

Binəqədidə Kəmaləddin Qafarov namizədlik üçün imzaları necə topladı-Video















9 saylı Binəqədi II seçki dairəsində YAP-ın namizədi olan Kəmaləddin Qafarov çətin durumdadır. Bunun səbəbi, yenidən eyni dairədən deputatlıq eşqinə düşən K.Qafarovun seçiçilər arasında nüfuzunun olmamasıdır. Əksər seçicilərin isə K.Qafarov adlı deputatın varlığından xəbəri belə yoxdur. Bunun bir səbəbi K.Qafarovun Milli Məclisdə “susqun deputat” olmasıyla bağlıdırsa, digər səbəbi biznes fəaliyyəti ilə əlaqədar seçicilərin arasında görünməməsidir.

Seçicilərin sözlərinə görə, təyin olunmuş deputat bir dəfə də olsun sakinlərin arasına çıxmayıb, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində heç bir addım atmayıb. Məlumatlara görə monopolist deputat artıq ciddi problemlərlə üzləşməkdədir. Belə ki, imzatoplama kampaniyasında seçicilər nəinki ona imza verməkdən imtina edib, hətta imza toplayan şəxslər bəzi ərazilərdə sakinlər tərəfindən qovulub.

Düzdür, Kamaləddin Qafarov inzibati resurslardan istifadə edərək 500 imzanı DSK-ya təhvil verib, amma vəziyyət onu göstərir ki, təbliğat-təşviqat dövründə onun seçicilərin qarşısına çıxması böyük qalmaqal yarada bilər.




Paylaş:


Müəllif : Tarix:
27-07-2024, 10:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər