reklam
Regionxeberlericom.az » Gündəm » GƏDƏBƏYDƏ IKINCI QRUP QARABAĞ QAZISINƏ QAZ XƏTTI ÇƏKMƏYƏ DAXILI IMKANLARI OLMAYAN «AZƏRIQAZ» VƏ ICRA BAŞÇISI ERMƏNI KƏNDINƏ QAZ ÇƏKDIRIB

reklam

GƏDƏBƏYDƏ IKINCI QRUP QARABAĞ QAZISINƏ QAZ XƏTTI ÇƏKMƏYƏ DAXILI IMKANLARI OLMAYAN «AZƏRIQAZ» VƏ ICRA BAŞÇISI ERMƏNI KƏNDINƏ QAZ ÇƏKDIRIB









Bakı şəhəri Nəsimi rayonunda qeydiyyatda olan və Gədəbəy rayonunun Böyük Qaramurad kəndində yaşayan Tağıyev Rafiq Bəhlul oğlu “Dəryaz” qəzeti redaksiyasına müraciət edərək bildirir ki, gənc yaşlarından daxili işlər orqanlarında xidmət edib, müharibə veteranıdır 2-ci qrup Qarabağ əlilidir. Artıq yaşlandığı üçün qaynar şəhər mühiti onu sıxıb, o üzdən doğma Gədəbəy rayonunda Böyük Qaramurad kəndində özünə ev inşa etdirib.

Yazır ki, kəndə çəkilən ana qaz xətti onun tikdirdiyi fərdi yaşayış evindən 50 metr, köməkçi xətdən isə 170 metr aralıdan keçir. Həmin yerdən evinə boru xətti çəkdirmək maddi imkanı xaricindədir. Ümid edib ki, hökumət onun Vətən qarşısında keçmiş xidmətlərini, imtiyazlarını nəzərə alıb güzəştə gedər. Ona görə də aidiyyəti qurumlara – ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə, Gədəbəy Rayon İcra Hakimiyyətinə yazılı müraciətlər göndərərək köməklik göstərilməsini istəyib.

Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov qaziyə qaz xəttinin alınması üçün 500 manat köməklik edəcəyinio vəd etsə də, sonradan imkan yoxdur deyib, vədinə xilaf çıxıb

Vətəndaş Tağıyevin 27 iyun 2024-cü il tarixli, “Azəriqaz” İB rəhbərliyinə göndərdiyi müraciət Birliyin Şəmkir Regional Qaz İstismar İdarəsinə göndərilmişdir. İdarənin baş mühəndisi vətəndaşa yazdığı 18 iyul 2024-cü il tarixli cavab mətubunda bildirmişdir ki, müharibə veteranı, qazi və şəhid ailəsi statusuna malik şəxslərin müraciətləri əsasında onlara məxsus evlərin qazlaşdırılması, ərazidə küçə qaz xəttlərinin mövcud olduğu halda, müvafiq sənədlər təqdim eduildikdən sonra “Azəriqaz” İB-nin daxili imkanları hesabına həyata keçirilir. Lakin onun yaşayış evi kəndin qazlaşmayan hissəsində inşa olunmuşdur və qeyd olunan ərazidə mövcud küçə qaz kəməri ilə evin arasındakı məsafə 170 metr olduğuna görə evin qazlaşdırılması məsələsinə əraziyə küçə qaz kəməri çəkildikdən sonra baxıla bilər.

Rafiq Tağıyev bu qənaətdədir ki, «Azəriqaz» ona yayındırıcı cavab verib. Çünki əvvəla yaşadığı kənddə küçələr hansısa plan əsasında deyil, evlər inşa olunduqca formalaşır. Evlər bir-birinə şəhərdə və rayon mərkəzlərində olduğu qədər yaxın tikilmir. Mövcud qazlaşıdırılmış evlərin bir-biri və onlarla əsas qaz borusu arasındakı uzaqlıq da çox vaxt 170 metr və daha artıq məsafə təşkil edir. Yəni, İdarənin baş mühəndisi Elçin Süleymanovun öz mülahizələrinə görə, kənddə daha bir küçə artdığını qəbul etməsi üçün hansı vaxta, neçə evin və biri-biri ilə hansı məsafədə tikilməli olduğunu təxmin etmək çətindir. Dolayısı ilə verilən cavab “Azəriqaz” İB-nin daxili imkanlarının 170 metr məsafədən imtiyazlı şəxsin evinə xətt çəkməyə yetmədiyinin etirafıdır. Baxmayaraq ki, ana xətt Rafiq Tağıyevin evindən 50 metr aralıdan keçir. Layihə çərçivəsində qazinin öz şəxsi hesabına çəkilməsinə də şərait yaratmırlar ki, guya 170 metr aralıdan keçən köməkçi xətdən çəkilməlidir.

https://youtube.com/shorts/tARgfWNZpIU?si=G6cf4g6N132oAyrQ

Sual olunur: Görəsən, vaxtaşırı və davamlı şəkildə qiyməti artırılan “Azəriqaz” xidmətindən gələn gəlirlər hara gedir? İB-nin bütün qalan xərcləri səmərəlidirmi ki, bircə nəfər qazinin ehtiyacını ödəmək üçün “daxili imkanlar” yetmir? Şınıx və başqa ucqar kəndlərdə rayon rəhbərliyində çalışan vəzifəli şəxslərə məxsus villalara və hələlik anklav ərazi olan erməni kəndindi olan Başkənddə tikdirdikləri obyektlərə 500 metrdən çox olan məsafəyə qaz xəttinin çəkilməsinə kimlər şərait yaradıb və bu qədər məsafəni çəkməyə pullar necə tapılır? Həmin villalar və obyektlər quru maaş hesabına inşa olunub?

Başkənd hələlik erməni kəndi olduğu halda Gədəbəy Qaz İstismarı İdarəsi qaz xəttini çəkərkən hansı ünvana sənədləşdiriblər və ödəniş pulunu hansı ünvandan qəbul edirlər?

Qarabağ qazisi Rafiq Tağıyev ümid edir ki, onun problemi ictimailəşdiriləndən sonra ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqətinə çatacaq.

Növbəti məqalələrimizdə İcra hakimiyyətinin rəhbər vəzifəlilərin, məşğulluq, Kommunal Müəssisələri Kombinatının, Yol İstismarı İdarəsinin, Yaşıllaşdırma vəs. müdirləri ilə əlbir olaraq fəhlə işindən tutmuş vəzifələrə neçəyə və necə düzəltmələri barədə geniş yazacağıq.

Mövzunu davam etdirəcəyik.

“Deryaz.az»





Paylaş:


Müəllif : Tarix:
5-08-2024, 15:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər