reklam
Regionxeberlericom.az » Gündəm » Evi olmayan hərbçilərin NƏZƏRİNƏ: Müdafiə Nazirliyindən AÇIQLAMA

reklam

Evi olmayan hərbçilərin NƏZƏRİNƏ: Müdafiə Nazirliyindən AÇIQLAMA

















Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında "Mənzil növbəsi" adlı yeni bölmə yaradılıb.

Həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varisləri) şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər.

Maraqlıdır, seçim necə aparılacaq, ilk mənzillər kimlərə veriləcək, ailələrdə uşaqların sayı nəzərə alınacaqmı, iş təcrübəsində kimlər üstün olacaqlar? Sayt yaratmaq

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

O bildirib ki, bu məsələ ilə bağlı komissiya yaradılıb:

"Həmin komissiyada siyahı var. Minimum 20 il qüsursuz xidmət etmiş hərbçilərin adları həmin komissiyada yer alıb. Hərbçilərə mənzillər ardıcıllıqla veriləcək. Burada "ilk" anlayışı yoxdur. Çünki namizədlər mənzilləri püşkatma üsulu ilə özləri seçirlər. Mənzil, bina, blok təsadüfi seçimlə müəyyən edilir. Ailədə uşaqların sayı da nəzərə alınır".

MN sözçüsü əlavə edib ki, ailə tərkibi mənzilin ölçüsünə təsir edir:

"Məsələn, 100 ev varsa, onlardan 20-si birotaqlı, digər 20-si ikiotaqlı, qalanları üçotaqlı, dördotaqlı və sairdir. Dördotaqlı alan 20 nəfərin arasında püşkatma keçirilir. Onların seçimlərindəki mənzillərin hamısı dördotaqlı olur. Üçotaqlıların püşkatmasında iştirak edən 20 nəfərin seçimlərində isə mənzillər hamısı üçotaqlıdır. Ailə tərkiblərinə görə say tərtib olunur. Püşkatma isə mənzil, bina, blok, mərtəbə rəqəminə görə keçirilir".





Paylaş:


Müəllif : Tarix:
5-08-2024, 19:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər