"Direktor Elina üçün təcili yardım çağırılmasına imkan vermədi" - Tibb bacısı
Zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.
regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məktəbin tibb bacısı olmuş Ləman Nuriyeva dindirilib. O bildirib ki, hadisə olan vaxt məktəbdə olmayıb: “Zəng gəldi ki, Elina yıxılıb. Tez məktəbə qayıtdım. Elinanı direktorun otağında uzatmışdılar. İlkin yardım göstərdim. Baxdım ki, qolunda bir-iki sıyrıq var. Lakin başqa yerində açıq yara yox idi. Təzyiqi aşağı idi. Dedim ki, təcili yardım çağırılmalıdır. Həmin vaxtı otaqda direktor və müavinləri vardı. Lakin bir səs çıxmadı. Yenidən təzyiqini yoxlayanda müşahidə elədim ki, təzyiq getdikcə düşür və bədəni soyuyur. Yenidən təcili yardımın gəlməsinin vacibliyini bildirdim. Bu vaxtı Sevinc xanım üstümə hirsləndi, dedi ki, sən işini gördün, otaqdan çıx”.
Suallara cavab verən tibb bacısı qeyd edib ki, direktor ona təcili yardım çağırmasına imkan verməyib: "Dəfələrlə desəm də, məni otaqdan qovdular. Dedilər ki, lazım olanda biz çağıracağıq".
Ləman Nuriyeva deyib ki, əvvəllərdə Elinanı yoxlayıb: "Bir dəfə boynunu kəsmişdi. Sinif rəhbəri və müəllimlər yanıma gətirmişdilər. Elina dedi ki, cızılıb. Lakin orada qeyd elədim ki, bu kəsikdir".
Daha sonra prosesdə şahid qismində Ramin Rəhimov ifadə verib. Şahid qeyd edib ki, Elina ilə instagramda tanış olub: "Danışırdıq, bir necə dəfə görüşüb, onu evinə qədər ötürmüşəm. Elina mənə deyirdi ki, məktəbdə geyiminə, sacına görə sataşırlar. Özü deyirdi ki, bununla bağlı şikayət etsə də, heç kim bir tədbir görmür. Elinada başqa neqativ hal görməmişəm. Boynunu kəsəndə soruşdum, bir şey demədi".
Şahid istintaqdakı ifadəsi elan olunub. Məlum olub ki, şahid istintaqda Elina Hacıyevanın boynunu kəsməkdən həzz aldığını deyib. Lakin R.Rəhimov belə bir şey demədiyini qeyd edib.
Hakim elan edib ki, iş üzrə 47 şahiddən 43-ü dindirilib. Digər şahidlər məhkəməyə çağırılsa da gəlməyiblər.
Proses oktyabrın 2-nə qədər fasilə elan edib.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-09-2019, 17:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-09-2019, 17:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39