Messinin villasına hücum edildi - Video
Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messinin İspaniyanın İbiza adasındakı malikanəsi ətraf mühit fəallarının hücumuna məruz qalıb.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, fəallar villaya girərək, evin qarşısını qara-qırmızı boya ilə boyayıblar. Sonra onlar üzərində “Planeti xilas et. Zənginləri yeyin. Polisi ləğv edin” şüarı yazılmış pankart açıblar.
Fəallar villanın qanunsuz tikili olduğunu iddia edirlər. Bildirilir ki, futbolçu hələ də mülkün ona aid olduğunu göstərən sənədi yerli orqanlar tərəfindən ala bilməyib. Bunun səbəbi bir neçə otağın icazəsiz inşa edilməsidir. Ona görə də hazırda villanın boş olduğu deyilir.
Məlumata görə, Messi San Xosepdəki mülkü 2022-ci ildə 11 milyon avroya alıb. Ulduz futbolçu hələ də hadisə ilə bağlı açıqlama verməyib.
Məsələ ilə bağlı Argentina Prezidenti Xavyer Miley sosial şəbəkə hesabında paylaşım edib. O, fəalların hərəkətini qorxaqlıq adlandırıb:
“Bu qorxaq hərəkətə görə Messi ailəsi ilə həmrəy olduğumu bildirirəm və İspaniyanın baş naziri Pedro Sançesin hökumətindən İspaniyada yaşayan Argentina vətəndaşlarının təhlükəsizliyini təmin etməyi tələb edirəm”, - deyə Miley “X” hesabında yazıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-08-2024, 08:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər