reklam
Regionxeberlericom.az » Gündəm » Ayaqları olmayan və gözləri görməyən Hüseynin pensiyası kəsilib? - Rəsmi cavab

reklam

Ayaqları olmayan və gözləri görməyən Hüseynin pensiyası kəsilib? - Rəsmi cavab

















Sosial şəbəkələrdə müharibə iştirakçısı olduğu iddia edilən və görmə qabiliyyətindən məhrum olan Ağcabədi sakini Hüseyn Sadıqovun aldığı sosial ödənişlərin kəsilməsi ilə bağlı müraciəti yayılıb.

O, görüntülərdə bir ildən çoxdur yaralı olduğunu, süründürməçiliyə məruz qaldığını və aldığı 500 manat pensiyanın kəsildiyini iddia edib.

Yayılmış görüntülərlə əlaqədar Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, sözügedən şəxsə sosial ödənişlərin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil:

“Sosial şəbəkə səhifələrində Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli şəxs Sadıqov Hüseyn Əlağa oğluna dair paylaşılan video ilə bağlı ilk növbədə bildiririk ki, həmin şəxs müharibə iştirakçısı deyil.

Ona ödənilən sosial ödənişin dayandırılması barədə qeyd etdikləri də yanlışdır. Belə ki, Hərbi-Həkim Komissiyasının Sadıqov Hüseyn Əlağa oğlu ilə bağlı 13.09.2023-cü il tarixli xəstəlik şəhadətnaməsində əsas diaqnozunun müharibə və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqəli olduğu qeyd olunub.

Diaqnozunda göstərilən səbəb əlaqəsinə uyğun olaraq da ona hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə (I dərəcə) müddətsiz (ömürlük) əlillik təyinatı aparılıb”.

T. Qurbanov əlavə edib ki, əlilliyi təyin edildiyi vaxtdan da Hüseyn Sadıqova pensiya və təqaüd olaraq ümumilikdə aylıq 680 manat sosial ödəniş təyin edilib və həmin sosial ödənişlərini hər ay almaqda davam edir.




Paylaş:


Müəllif : Tarix:
8-08-2024, 12:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər