Novxanıda 13 yaşlı qız məktəbli sevgilisi ilə intim münasibətdə oldu - TƏFƏRRÜAT
İyulun 31-də Abşeron Rayon Məhkəməsində Novxanı qəsəbəsində yerləşən məktəblərdən birinin 11-ci sinif şagirdi olan 17 yaşlı Aqşin İbadova (ad-soyad şərtidir) hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, A.İbadov Cinayət Məcəlləsinin 152.2-ci, 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə təqsirləndirilib.
Məlum olub ki, hadisə baş verərkən Aqşinin 15 yaşı olub. O, həmin vaxt məktəbin 9-cu sinfində oxuyan 13 yaşlı Gülbahar (ad şərtidir) ilə münasibət qurub və görüşməyə başlayıb. Bu müddət ərzində onların arasında intim münasibətlər yaşanıb. Həmin hadisədən bir müddət sonra Gülbahar evdə anası ilə yola getmədiyini bildirərək yaşadığı ünvanı tərk edib. O, bir neçə gün paytaxtın Zabrat qəsəbəsində tanımadığı qızların yanında qaldıqdan sonra yaşadığı evə qayıdıb. Bundan sonra valideynləri yeniyetmə qızı sorğu-suala tutub və onun Aqşinlə münasibəti üzə çıxıb.
Faktla bağlı ekspertiza təyin edilib və azyaşlının intim münasibətdə olması təsdiq edilib.
11 may 2024-cü il tarixdə Aqşin İbadov həbs edilib.
İyulun 31-də isə Abşeron Rayon Məhkəməsinin hökmü ilə A.İbadov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin onun cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-08-2024, 23:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər