reklam
Regionxeberlericom.az » Gündəm » Olimpiya çempionu qaçış yarışmasından sonra əlil arabasında aparılıb

reklam

Olimpiya çempionu qaçış yarışmasından sonra əlil arabasında aparılıb
















100 metr məsafəyə qaçış üzrə 2024-cü il Olimpiya çempionu, amerikalı atlet Noa Laylz Parisdə keçirilən Olimpiya oyunlarının finalında 200 metr məsafəyə qaçışı başa vurduqdan dərhal sonra özünü pis hiss edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Championat” məlumat yayıb.

Laylz bir müddət yolun qırağında oturub, sonra isə işarə ilə su istəyib. Noa özü də stadionu tərk edə bilməyib. Tibb işçiləri onu əlil arabasında tribunaların altına aparıblar.














“BBC Sport”un əldə etdiyi məlumata görə, ABŞ Yüngül Atletika Federasiyası 2024-cü il Paris Olimpiadasının 100 metr məsafəyə qaçış üzrə çempionu Noa Laylzın təsdiqlənmiş “Covid-19” ilə finalda 200 metr qaçdığını təsdiqləyib.

Həqiqətən də, Laylz qaçış yoluna çıxmazdan əvvəl tibbi maska taxıb.














Qeyd edək ki, Laylz yüksək nəticə əldə edəcəyini iddia etsə də, yarışda üçüncü olub. 2020-ci ildə Tokioda (Yaponiya) keçirilən Oyunlarda Noa 200 metr məsafəyə qaçışda da üçüncü olub.

Yüngül atletika. Olimpiada 2024, Paris. Kişilər arasında 200 metr qaçış. Final:

1. Letsil Teboqo (Botsvana) – 19.46.

2. Kennet Bednarek (ABŞ) – 19,62.

3. Noa Laylz (ABŞ) – 19.70.




Paylaş:


Müəllif : Tarix:
9-08-2024, 09:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər