reklam
Regionxeberlericom.az » Gündəm » Oğul Londonda bahalı həyat tərzi keçirir, atası da biznesin qorumaq üçün Şirvandan deputat olmağ istəyir - Heydər Əsədov arzuları...

reklam

Oğul Londonda bahalı həyat tərzi keçirir, atası da biznesin qorumaq üçün Şirvandan deputat olmağ istəyir - Heydər Əsədov arzuları...















Bildiyiniz kimi keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad olunduqdan sonra 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədiliyini irəli sürüb.

“Azərbaycan Reallığı” xəbər verir ki, Bir zamanlar keçmiş kənd təsərrüfatı nazirinin tutduğu postu itirmə səbəblərindəndə biri oğlu ilə bağlı olub. Belə ki, keçmiş nazirin oğlu Asif Əsədzadə atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ərəb şeyxlərinin sürə biləcəyi ən bahalı avtomobillərə sahibdir.

Hətta bir vaxtlar xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxlərilə rəqabətə girdiyini də dilə gətirirlər. Heydər Əsədovun oğlunun bir zamanlar Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri sosial şəbəkələrdə yayılaraq böyük rezonansa səbəb olmuşdu. Məlumatda 90 HO 505 dövlət nömrə nişanlı "Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı maşınların olması da yayılan məlumatda öz təsdiqini tapmışdır.

Sözügedən məlumat yayıldıqdan sonra Heydər Əsədov narahat olmağa başlamışdır. Məhz bu səbəbdəndə onun istefaya göndərilməsi iddialarda əks olunurdu. Məlumat üçün bildirək ki, Heydər Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Şirvan şəhərinə heç bir adiyyəti olmayan keçmiş nazirin namizədliyi də şirvanlılarda təəccüb yaradıb. Ona görə də şirvanlı seçicilər sual verirlər ki, Heydər Əsədov hara, onlar hara…

İndiyə qədər bir şirvanlı qaziyə, bir şirvanlı şəhid ailəsinə və yaxud sadə şirvanlının hər hansı sosial probleminin həllinə dəstəyi olmayan Heydər Əsədov birdən-birə Şirvandan namizəd olur. Adətən millət vəkilliyinə namizədlər öz namizədliyini doğma rayonlarından irəli sürürlər amma Heydər Əsədov namizədliyini Şirvan şəhərindən irəli sürməyə kimlər və nə vadar etdi?

Şirvan əhli isə sosial şəbəkələrdə və ümumi müzakirələrdə soruşurlar ki, axı bugünədək üzünü görmədiyimiz Heydər Əsədovu hansı yaxşı cəhətlərinə görə deputat seçməliyik?! Ona görə də bu gündən etibarən Şirvanda təbliğat kampaniyasına başlayan Heydər Əsədovun özü də bilmir ki, hardan start götürsün, seçicilərə hansı vədləri versin, onların problemlərini necə həll etsin…

Bir sözlə, nazir postunda vəzifədə olduğu dönəmdə milyonları öz şəxsi mənafeyi üçün ovladına Londonda bahalı maşınlar mülklər sahibləndirən, konfort yaşayış həyat tərzi sürən, nazir dönəmində heç zaman kəndlinin, fermerin yanında olmağı özünə rəva bilməyən Heydər Əsədov Şirvan camaatının deputatı olmaq həvəsindədir.

Görünür ki, biznesinin toxunulmazlığı üçün ona mandat lazımdır.




Paylaş:


Müəllif : Tarix:
11-08-2024, 10:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər