reklam
Regionxeberlericom.az » Gündəm » Ucarda mərkəzi bazarda yanğın başlayıb - (VİDEO-FOTO)

reklam

Ucarda mərkəzi bazarda yanğın başlayıb - (VİDEO-FOTO)



















Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

RegionXəbərləricom.az  xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə idarəsinin qüvvələri əraziyə cəlb olunublar. dirnaq modelleri

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2 510 kvadratmetr olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270 kvadratmetr sahədə yanıb.

Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.





Paylaş:


Müəllif : Tarix:
11-08-2024, 18:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər