reklam
Regionxeberlericom.az » Gündəm » Rəqibindən Azay Quliyevə qarşı sərt ittiham - Dövlətin ayırdığı pulları israf etmiş şəxsin yeri Milli Məclis yox, həbsxana olmalıdır!

reklam

Rəqibindən Azay Quliyevə qarşı sərt ittiham - Dövlətin ayırdığı pulları israf etmiş şəxsin yeri Milli Məclis yox, həbsxana olmalıdır!













Bir neçə gündür KİV-də və sosial şəbəkələrdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin Pirşağı qəsəbəsində olan dəyəri milyonlarla ölçülən villasının görüntüləri yayılıb.

“Azərbaycan Reallığı” xəbər verir ki, Məsələyə Azay Quliyevlə eyni dairədən namizədliyini irəli sürmüş Gələcək Azərbaycan Partıyasının sədri Ağasif Şakiroğlu münasibət bildirib

Az öncə bu reportajla mediadan tanış oldum. Məncə, bu, olduqca ciddi və təhlil olunmalı, araşdırılmalı bir informasiyadır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına sədrlik etdiyi dövrlərdə dövlət büdcəsindən bu quruma ayrılmış vəsaitin "SAİR XƏRCLƏR" adı ilə hansı istiqamətlərə yönəldiyi indi gün üzünə çıxmaqdadır.

Dünya praktikasında hər hansı bir qurumun "sair xərcləri" ümumiyyətlə 2%, maksimum 5% civarında olsa da, hörmətli Azay Guliyevin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına sədrlik etdiyi dövrlərdə bu "sair xərclər" dövlət tərəfindən ayrılmış maddi vəsaitin təxminən 70%-ni təşkil etmişdir. Bu faktı qurumun hesabatlarında da görmək mümkündür.

Məsələn:

- 2018-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin 1 milyon 607 min 290 manatlıq büdcəsinin 1 milyon 163 min 478 manatı;

- 2019-cu ildə 1 milyon 652 min manatın 985 min 536 manatı;

- 2020-ci ildə 2 milyon 251 min 30 manatın 1 milyon 281 min 149 manatı "sair xərclər" adı altında mənimsənilmişdir.

Biz isə dövlətin yüksək qayğısı fonunda Vətəndaş Cəmiyyəti institutlarının nə səbəbdən lazımi qədər inkişaf edə bilmədiyinin səbəblərini axtarırıq. Səbəblər isə göz önündədir!

19 il deputat mandatı arxasında gizlənmiş bu şəxs, növbəti 5 ildə də deputat olmaq və toxunulmazlıq əldə etmək istəyir. O, elə düşünür ki, heç kimin heç nədən xəbəri yoxdur. Zənn edir ki, bu dəfə də ATƏT kartından istifadə edərək manipulyasiya edə biləcək.

Heç şübhəsiz ki, dövlətin ayırdığı pulları mənimsəmiş, israf etmiş şəxsin yeri Milli Məclis yox, həbsxana olmalıdır!




Paylaş:


Müəllif : Tarix:
12-08-2024, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər