Heç ən ucqar kəndlər belə bu cür bərbad deyil... - GİLEY
Ağdaşın 500-dən çox əhalisi olan Xınaxlı kəndinin problemləri ilə bağlı ölkə mətbuatında ara sıra kəndlilərin şikayətləri işıqlandırılır. Sakinlər deyirlər ki, hər şikayətdən sonra problemlərin həlli ilə bağlı müəyyən addımlar atılır, amma tədbirlər yarımçıq saxlanılır. Sakinlərin çoxsaylı şikayətindən sonra kəndə internet çəkilməsi nəzərdə tutulub.
Onlar deyirlər ki, təxminən 1 il- ilyarım əvvəl xətlər çəkilib, amma internet hələ də yoxdur. Görülən işlər yarımçıq saxlanılıb.
Kənd sakini Məmməd Əliyev deyib ki, kənddə qaz yoxdur, halbuki, ən ucqar kəndlərdə belə qaz var.
“Hələlik yaydır, qaz çəkilişi üçün münasib vaxtdır. Qışda yenə soyuq otaqlarda bürünüb oturacağıq. Çünki odun get-gedə bahalaşır, çoxunun odun almağa imkanı yoxdur”,- kənd sakini Meydan TV-yə deyib.
Sakinlərin sözlərinə görə, ölkənin əksər regionlarında yağış, sel, daşqınlar bassa da, xınaxlılar susuzluqdan əziyyət çəkirlər. Suvarma suyu çatmadığından əkin sahələri susuz qalır. Kənddə cəmi 2 artezian var, bir neçə il əvvəl qazılmış üçüncü artezian quyusu hələ də istifadəyə verilməyib. Halbuki quyu qazılandan sonra tezliklə sakinlərin su probleminin həll olunacağı vəd edilmişdi.
Məmməd Əliyev deyib ki, kənd içi yollar da bərbad vəziyyətdədir:
“Ölkədə möhtəşəm tədbirlər keçirilir, Qarabağda tikinti gedir. Ağdaşın rayon mərkəzindən bir neçə kilometr uzaqlıqda yerləşən kəndin sakinləri isə internet davası edir”.
Kəndlilər deyirlər ki, xətt çəkib internet verməməklə, artezian qazıb onları susuz saxlamaqla sanki gözdağı verirlər. Kəndlilərdən biri isə deyib ki, məhz şəraitsizlik səbəbindən cavanlar kənddə qalmaq istəmirlər. Əksəriyyət Bakıya, rayon mərkəzinə köçürlər:
“İlin-günün bu vaxtında internetsiz yaşamaq olarmı? Dərdimizi kimə deyəcəyimizi bilmirik”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən kəndlilərin şikayəti ilə bağlı açıqlama verilməyib. Ağdaş Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, qaz və internet çəkilməsi icra hakimiyyətinin səlahiyyətində deyil. Bununla belə, icra hakimiyyəti də əlaqədar orqanlara məsələ ilə bağlı müraciət edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-08-2024, 12:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər