reklam
Regionxeberlericom.az » Gündəm » Seçkilərdə Ceyhun Bayramovun kadrları: XİN-də idarə rəisi, Dövlət Agentliyinin direktor müavini, diplomat... - İLGİNC

reklam

Seçkilərdə Ceyhun Bayramovun kadrları: XİN-də idarə rəisi, Dövlət Agentliyinin direktor müavini, diplomat... - İLGİNC













Milli Məclisə seçkilərə az bir müddət qaldıqca, Mərkəzi Seçki Komissiyasının siyahılarında peyda olan şəxslərin deputatlıq həvəsinə düşməsi heç də birmənalı qarşılanmır.

Maraqlıdır, belə şəxslər, adətən, hansısa nazirlikdə yüksək vəzifədə çalışan şəxslərin ətrafında olmaqlarını, daha dəqiq desək, klan üzvü olmalarını çox zaman gizlətmirlər.

Yenicag.az-ın seçki marafonu ilə əlaqədar başlatdığı araşdırmanın bugünkü qonaqları isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun kadrlarıdır.

Bu şəxslər 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini bitərəf şəkildə verən Azərbaycan Xarici İşlər Nazirliyinin idarə rəisi Qaya Məmmədov, 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından namizədliyini verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva və 47 saylı Sumqayıt-Qaradağ-Abşeron seçki dairəsindən bitərəf şəkildə namizədliyi verilən Azərbaycanın Cənubi Afrika Respublikasındakı Diplomatik Missiyasının rəhbəri Zaur Şükürovdur.

C. Bayramovun ovaxtkı Təhsil Nazirliyinə rəhbərlik etdiyi dönəmlərdən olan kadrı sayılan M. Vəliyeva haqqında isə yerli mediada heç də xoş sözlər yazılmayıb. 1989-cu ildən pedaqoji fəaliyyətə başlayan xanım Vəliyeva Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 6 oktyabr 2023-cü ildə isə Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilib.

Uzun illər Mehriban Vəliyeva Bakı boyda şəhərin təhsilinə, məktəblərinə, uşaq bağçalarına, körpələr evinə nəzarət, daha doğrusu, sahiblik edib. Belə ki, Mehriban Vəliyevanın dövründə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə qəbul rüşvət obyektinə çevrilməsi barədə media orqanlarında silsilə məlumatlar yayılıb. Məlumatlarda rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşdığı qeyd edilir.

Dövri mətbuatda onunla bağlı gedən qısa yazını təqdim edirik:

“Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə milyonçu-oliqarxa çevrildi. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.

İndi isə keçək Mehriban Vəliyeva ilə bağlı ən son məlumatlara. Deməli, Mehriban Vəliyevanın bacısının əri Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi olub. Təsəvvür edirsiniz, bu idarənin rəislərinin adı həmişə böyük korrupsiyada hallanıb. Mehriban Vəliyevanın bacısının oğlu, yəni həmin Təchizat İdarəsi rəisinin oğlu isə Azərbaycanda bərk gedən generallardan birinin balaca qızına 900 min manat pul atıb və bu günədək qaytarmır.

Məlumat üçün qeyd edək ki, generalın qızı ilə Mehriban Vəliyevanın bacısı oğlu Zərifə Əliyeva adına liseydə sinif yoldaşı olublar və o vaxtdan dostluq ediblər. Yeri gəlmişkən, Mehriban Vəliyeva həmin illərdə liseyin direktoru olub.

Sözün qısası, generalın evində yəqin ki, 9 milyarda yaxın pul olub ki, balaca qızın 900 min dostuna verməsindən gec xəbər tutublar”.

Görünən odur ki, YAP-dan namizədliyini verən xanım Vəliyeva indiki Elm və Təhsil Nazirliyin rəhbəri Emin Əmrullayev tərəfindən “vurulandan” sonra C. Bayramov ona deputat mandatı qazandırmaq niyyətindədir.

C. Bayramovun ikinci kadrı isə Qaya Məmmədovdur. Q. Məmmədov 20220-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmməd oğlu Məmmədov Prezident İlham Əliyevin imzaladığı sərəncamla vəzifəsindən geri çağırılmışdı.

Qaya Məmmədov 16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. 2017-ci ilin sentyabr ayından bu vəzifəyə təyin edilənədək Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsini icra edib. O, 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışıb.

Q. Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. Q. Məmmədov 2007-2008-ci illərdə NATO Beynəlxalq Qərargahının Müdafiə siyasəti və planlaması idarəsində tərəfdaşlıq zabiti vəzifəsində işləyib.

Q. Məmmədov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Q. Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistratura pillələrini bitirib, ABŞ-ın Taft Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində diplomatiya ixtisası üzrə magistr təhsili alıb. O, NATO Müdafiə Kollecinin 2005-2006-cı illər üzrə 107-ci Ali kursunun məzunu olub. Q.Məmmədov Almaniya Xarici İşlər Nazirliyinin Diplomatiya Məktəbində, Harvard Universitetinin Con F.Kennedi adına İdarəçilik Məktəbində, Təhlükəsizlik məsələləri üzrə Corc Marşal adına Avropa Mərkəzində və ABŞ Milli Müdafiə Universitetində təlimlər keçib.

Qəribəsi budur ki, hazırda Azərbaycan XİN-də idarə rəisi olan Q. Məmmədov nədən deputat olmaq istəyir? Yoxsa o, üzvü olduğu klanın səyi nəticəsində parlamentdə mandat əldə etməyə sövq edilir?

C. Bayramovun ən möhtəşəm kadrlarından biri isə Z. Şükürovdur. CAR-dakı diplomatik missiyasının rəhbəri olan Z. Şükürov, maraqlıdır ki, səfirlik fəaliyyətindən imtina edib, niyə deputat olmaq istəyir? Belə başa düşürük ki, mandat əldə etmək eşqinə düşən namizədlərimizin çoxu uzun illər parlamentdə bir yaralı barmağa məlhəm olmayan bəzi deputatlarımızın irsini mənimsəyərək, onların yolunu davam etmək istəyirlər. Sözsüz ki, sahib olduqları qrup da onları buna şirnikləndirir…

Mövzunu davam etdirəcəyik…

www.yenicag.az




Paylaş:


Müəllif : Tarix:
13-08-2024, 08:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər