reklam
Regionxeberlericom.az » Gündəm » Vladimir Putin Bakıda Fəxri və Şəhidlər xiyabanlarında olub

reklam

Vladimir Putin Bakıda Fəxri və Şəhidlər xiyabanlarında olub






















Rusiya Prezidenti Vladimir Putin Şəhidlər xiyabanını ziyarət edib.

Rusiya prezidenti Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

12:45

Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Rusiya Prezidenti Vladimir Putin Bakıda Fəxri xiyabanı ziyarət edib.

Vladimir Putin ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarı önünə əklil qoyub.

Qeyd edək ki, Rusiya prezidenti dünən Bakıya gəlib. Səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olunacaq.




Paylaş:


Müəllif : Tarix:
19-08-2024, 12:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər