“Səba” istehsalı və satışı dayandırdı
“Səba” Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.
RegionXəbərləricom.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Şirkətdən istehsalın və satışın dayandırılması faktı təsdiqlənib. Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb.
Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb: “Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar”.
Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir “Səba”nın məhsullarına rast gəlinmir.
Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2024, 11:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər