reklam
Regionxeberlericom.az » Gündəm » Bədəl Bədəlov Rövnəq Abdullayevlə bağlı suallardan belə yayındı - AÇIQLAMA

reklam

Bədəl Bədəlov Rövnəq Abdullayevlə bağlı suallardan belə yayındı - AÇIQLAMA












Xəbər verdiyimiz kimi, SOCAR-ın keçmiş vitse-prezidenti Bədəl Bədəlovun YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülüb. Onun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınıb.

Həmin dairədən olan vətəndaşlar Bədəl Bədəlovun deputatlığa namizədliyinin irəli sürülməsinə etiraz ediblər.

Vətəndaşlar Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin dəstəyi ilə namizədliyinin verildiyini bildiriblər.

Məsələ ilə bağlı Bədəl Bədəlov Manşet.Az-a açıqlama verib.

"Siz kimsiniz, məni yığmısınız? Nömrəmi haradan almısınız? Kim? Rövnəq Abdullayev mənə dəstək verib?...",- Bədəl Bədəlov bu adı eşidən kimi telefonu dərhal bağlayıb.

Qeyd edək ki, Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin yaxın adamı olduğu bildirilir.




Paylaş:


Müəllif : Tarix:
21-08-2024, 11:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər