reklam
Regionxeberlericom.az » Gündəm » Üç gün sonra cəsədləri tapıldı... - Foto

reklam

Üç gün sonra cəsədləri tapıldı... - Foto

















Avqustun 19-da İtaliyanın Siciliya sahillərində “Bayesian” adlı yaxtanın batması nəticəsində itkin düşən britaniyalı milyonçu Mayk Linç və onun 18 yaşlı qızı Hannahın cəsədləri tapılıb.

Bu barədə “Daily Mail”ə istinadən xəbər.

Onların cəsədləri batmış yaxtanın içərisində dalğıclar tərəfindən tapılıb. Məlumata görə, daha iki nəfərin meyiti sudan çıxarılıb.

Siciliya mülki müdafiə departamentinin direktoru Salvo Koçinanın sözlərinə görə, dalğıclar daha bir nəfərin meyitini aşkar etsələr də, hələlik onu çıxara bilməyiblər. Digər itkin düşən daha bir şəxsin isə axtarışları davam edir.

Xatırladaq ki, içərisində 22 nəfərin olduğu “Bayesian” adlı yelkənli gəmi  İtaliyanın Siciliya sahillərində batıb. 5 nəfərin xilas edildiyi, 6 nəfərin itkin düşdüyü və 1 nəfərin cəsədinin tapıldığı bildirilib. Xilas edilənlər arasında Maykl Linçin həyat yoldaşı Ancela Bakares də olub.

Hadisə zamanı itkin düşən altı nəfərin fotolarını təqdim edirik:

Maykl Linç


















Maykl Linçin 18 yaşlı qızı Hannah Linç

























Yaxtanın aşpazı Rikardo Tomas

















“Morgan Stanley International” şirkətinin direktorlar şurasının sədri Conatan Blumer















Vəkil Kristofer Morvillo və həyat yoldaşı Neda Morvillo







Paylaş:


Müəllif : Tarix:
22-08-2024, 08:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər