reklam
Regionxeberlericom.az » Gündəm » Ukrayna Rusiyanın ən böyük limanını partlatdı

reklam

Ukrayna Rusiyanın ən böyük limanını partlatdı


















Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar şəhərində Taman yarımadasındakı “Kavkaz” limanına raket hücumu edib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, “Neptun” raketləri onlarla yanacaq çəni olan bərəni vurub və genişmiqyaslı yanğın başlayıb. Ruslar Kerç körpüsünü bağlayaraq Sevastopolda dəniz sərnişin nəqliyyatının hərəkətini dayandırıblar.

Məlumata görə, raket hücumu zamanı ərazidə 30-dan çox yanacaq çəni olub. Ərazidə 3-cü dərəcəli yanğın təhlükəsi elan edilib.

Ukrayna Silahlı Qüvvələrinin “Kavkaz” limanına hücumundan sonra 15 nəfər itkin düşüb.

“RİA Novosti”  xəbər verir ki, onların hamısı vurulan “Conroe Trader” yanacaq çəni bərəsinin ekipaj üzvləridir.

Qeyd olunub ki, zərbədən sonra yanğın başlayıb və bərə batıb. Limanın özündə yanğın olmayıb.




Paylaş:


Müəllif : Tarix:
22-08-2024, 21:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər