Qoşqar Təhməzli ət bazarında qıtlıq yaradır... - İTTİHAM
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ət kəsimi məntəqələri ilə “mübarizəsini” davam etdirir.
Agentlik paytaxt Bakı və rayonlarda reydlər keçirir, məntəqələrə xəbərdarlıq edir, onların fəaliyyətini məhdudlaşdırır. Növbəti belə reyd Bakının Yasamal rayonunda, eləcə də Xaçmaz rayonu ərazisində keçirilib. Reydlərdə rayon icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.
Agentliyin açıqlamasında bildirilir ki, yoxlama zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin müəyyən hissəsinin üzərində baytarlıq müayinəsindən keçməsini təsdiqləyən möhür və müvafiq arayışların olmadığı müəyyən edilib:
“Məntəqələrin sahiblərinə ciddi xəbərdarlıq olunub və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Həmin sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib”.
Xatırladaq ki, ötən ilin iyun ayında “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi” haqqında prezident İlham Əliyev sərəncam verib. Məlumdur ki, ölkəmizdə, eləcə də paytaxt Bakıda fəaliyyət göstərən əksər ət kəsimi məntəqələri baytarlıq-sanitariya və gigiyena normalarına cavab vermir. Bir sıra mütəxəssislər ət satışının yalnız qapalı şəraitdə, o cümlədən də dondurulmuş formaya keçilməsini məqsədəuyğun hesab etsə də, bu məsələdə mövqe birmənalı deyil. Azərbaycanda təzə kəsilmiş heyvanın ətinə üstünlük verildiyindən açıq formada ət kəsimi məntəqələrinin fəaliyyətinin qarşısının alınmasına nail olacağı inandırıcı görünmür.
Bəs, AQTA-nın bu istiqamətdə fəaliyyətini məqsədəuyğun hesab etmək olarmı? Səyyar satış məntəqəlində ət kəsiminin qadağan edilməsi və qurğuların sökülməsi çıxış yoludurmu? Bunun qiymətlərə necə təsiri ola bilər?
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, AQTA-nın fəaliyyəti ət satışının yaxşılaşdırılması istiqamətində lazım olan yollardan biridir, amma əsas yol deyil:
“Əsas yol odur ki, insanların inamı qazanılsın və insanlar üzünü marketə tutsunlar. Bunu administrativ, inzibati yollarla həll etmək olmaz. Dəfələrlə polisin müdaxiləsi ilə bunu etmək istəyiblər, amma mümkün olmayıb. Elə etmək lazımdır ki, Azərbaycan istehlakçıları başqa ölkələrdə olduğu kimi, üzünü marketlərə tutsun. Bunun üçün Nazirlər Kabinetinin 94 nömrəli qərarı tətbiq olunmalıdır. Qeyd edim ki, həmin qərar 10 ildən artıdır ki, qəbul olunub. Qərara görə, Azərbaycanın əmtəə bazarında olan bütün malların üzərində buraxılma tarixi, yararlılıq müddəti, firmanın adı və s. yazılmalıdır. Belə olan halda, insanlar özləri marketə gedəcək və küçə kəsimləri öz-özlərinə yoxa çıxacaqlar”.
Bununla belə, Eyyub Hüseynov bildirib ki, Sovet dövründən Baytarlıq Komitəsinin fəaliyyəti insanların ikrahına səbəb olub:
“Dairəvi möhürlər hər kəsdə olub, səhər bazara gedən istehlakçılar qəssabların özlərinin möhür vurduğunu görüb və inam itib. Ona görə də AQTA-nın işi zəruri olsa da, kafi deyil. AQTA birinci növbədə inam qazanmağa çalışmalıdır. Vətəndaşlar düşünməlidirlər ki, AQTA var deyə onlara təhlükəsiz ət təqdim olunacaq. Marketlərə də indentifikasiya olunmuş ətlər getməlidir. Bu o deməkdir ki, heyvan dünyaya gələndən kəsilənə qədər onun qulağında xüsusi “birka” olur, burada onun hansı xəstəliklər keçirdiyi, hansı dərmanların verildiyi qeyd olunur. Azərbaycanda heç heyvanların 1 faizi də indentifikasiya olunmayıb”.
İstehlakçı hüquqlarının müdafiəçisi hesab edir ki, inamın qazanılması üşün AQTA-nın ictimai təşkilatlarla işləməsi vacibdir:
“Bizim təşkilatın 22 illik təcrübəsi var və dəfələrlə kollegiyada iştirak etməklə bağlı müraciət etmişik. Amma hörmətli Qoşqar Təhməzli isə bizim haqqımızda pis rəylər verir. Nə qədər ki, ictimayyətlə əlaqələr qurulmayıb, inam qazanılmayıb, AQTA-nın gördüyü iş zəruri olsa da, effektli olmayacaq. Agentlik ölkə prezidentinin və əhalinin gözləntilərini hələ ki, doğrulda bilmir”.
Eyyub Hüseynov səyyar satış məntəqələrinin ləğvinin ət qiymətlərinə təsir etdiyini də dedi.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2019, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2019, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16