reklam
Regionxeberlericom.az » Gündəm » Ukraynada əsir düşən azərbaycanlı müharibə veteranına görə prezident İlham Əliyevə müraciət olundu

reklam

Ukraynada əsir düşən azərbaycanlı müharibə veteranına görə prezident İlham Əliyevə müraciət olundu



















Göyçay rayonu S.Vurğun küçəsi ev 92 sakini Mustafayeva Zülfiyyə Abdurəhman qızı mətbuat vasitəsi ilə ölkə rəhbərinə və digər qurumlara müraciət ünvanlayır. 

 "Mənim qaynımın oğlu Mustafayev Toğrul Ayaz oğlu Rusiya vətəndaşı olduğu üçün onu məcburi müharibəyə aparıblar və Ukraynada əsir düşüb.Mən buna görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən kömək istəyirəm.

Toğrul 1989-cu il tarixdə Göyçayda anadan olub. Vətən müharibəsində iştirak edib müharibə veteranıdır. Müharibədən sonra burada iş tapmadğı üçün Rusiyaya gedib orada ailə həyatı qurub nigaha daxil oldu. Buna görə Rusiya vətəndaşı oldu.

Rusiya-Ukrayna müharibəsinə görə 2024-cü ilin may ayında onu məcburi müharibəyə aparıblar. İyul ayında axırıncı dəfə bizimlə telefon əlaqəsi yaratdı.Bundan sonra heç bir əlaqə olmadı.Sonradan bizə məlum oldu ki, müharibə zamanı yaralanan Toğrul Ukraynaya əsir düşüb. 

Ağlamaqdan gözlərimizin yaşı quruyub. Toğrulun azyaşlı qızı hər gün atasını soruşur. Nə edəcəyimizi bilmirik.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Ombudsman Səbinə xanım Əliyevadan, Ukrayna və Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyindən, Azərbaycanın Ukraynadakı diaspor cəmiyətindən çox-çox xahiş edirəm, Sizə yalvarıram Toğrulun əsirlikdən azad edilməsinə köməklik göstərin.Onun günahı yoxdur məcburi müharibəyə aparılıb xahiş edirəm köməklik göstərin."

RegionXəbərləricom.az

 





Paylaş:


Müəllif : Tarix:
23-08-2024, 08:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər