reklam
Regionxeberlericom.az » Gündəm » Saratovda yaşayış binasına dronla hücum edildi

reklam

Saratovda yaşayış binasına dronla hücum edildi


















Bu gün səhər saatlarında Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Saratov və Engels şəhərlərinə zərbə endirib. 

Bu barədə məlumatı Rusiyanın teleqram kanalları yayıb. 

Bildirilir ki, Engelsdə “Tu-95” qırıcı təyyarələrinin olduğu aerodrom, Saratovda isə 38 mərtəbəli yaşayış binasına hücum edilib. 

“Shot” teleqram kanalın yaşayış binasına hücumun görüntülərini paylaşıb. Saratov vilayətinin qubernatoru Roman Busarqin PUA hücumu barədə yayılan məlumatları təsdiq edib. Məlumata görə, hücum zamanı bir qadın xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bununla yanaşı, PUA-lardan biri Engelsdə çoxmərtəbəli binanın damına düşüb. Dronun qalıqları bir neçə avtomobilə ziyan vurub.

Qeyd edək ki, Saratov və Engels şəhərləri Volqa çayının sağ və sol sahilində yerləşir. Hücumdan sonra Saratov aeroportu işini dayandırıb.

Onu da xatırladaq ki, bu gün səhər Rusiya ordusu Ukrayna ərazisini qanadlı raket və pilotsuz uçuş aparatları ilə atəşə tutub.




Paylaş:


Müəllif : Tarix:
26-08-2024, 12:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər