Dəmir Yollarının rəhbərliyi vətəndaşlara görün necə kələk gəlir - VİDEO
Azərbaycan Dəmir Yollarının bir neçə il əvvəl Avropa istehsalı olan sürət qatarlarını ölkəyə gətirməsi sərnişindaşımada böyük canlanma yaratdı.
Xüsusilə, Bakı-Gəncə-Bakı marşurutunda müasir Statdler qatarlarının istifadəyə verilməsi insanların böyük məmnuniyyətinə səbəb olmuşdu.
Son zamanlar qatarla səyahətə maraq göstərnlərin sayının çoxalması Dəmir Yolları qarşısında yeni tələblər ortaya çıxardı.
Ancaq Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin yeni rəhbərliyi sərnişindaşımada say artımına nail olmaq üçün görünməmiş fırıldağa əl atıb.
Qurumun rəsmi açıqlamalarında qrafikin sayının artdığı, yeni vaqonların xəttə buraxıldığı deyilib.
Ancaq əsl həqiqət insanlardan gizlədilib.
Belə ki, müasir vaqonlarla Bakı-Gəncə yaxud da Gəncə-Bakı marşurutundan istifadə edən insanlar bu məsafələri 3 saat 40 dəqiqəyə rahat şəkildə gedə bilirdi.
Lakin məlum olub ki, xəttə buraxılan vaqonlar 80-ci illərdə istifadə olunan vaqonlardır. Onlarda müəyyən kosmetik işlər aparılsa da müasir vaqonlardan mənzil başına çatma vaxtına görə az qala 2 dəfə geri qalır.
Ən təəccüblüsü isə odur ki, bu qatarlara da bilet “Statdler”ə olan qiymətə – 15 manata bərabərdir.
Olayın şahidi olan Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimlinin Gəncə vağzalında üzləşdiyi olaya dair çəkdiyi görüntüləri təqdim edirik.
Ekspert İlqar Hüseynli Gununsesi.info-ya deyib ki, sərnişindaşınmanın əsas əhəmiyyətli yükünü öz üzərinə götürən xidmət sektorunun da biri dəmir yolu daşınmalarıdır:
“Dəmir yolu daşınmaları zamanı əgər xidmətdəki keyfiyyətin yaxşılaşdırılmasından söhbət gedirsə, o zaman həmin keyfiyyətli xidmət, həm vaxt baxımından qənaəitcil olmalıdır, həm yeni daxil olan vaqonların komfortu, dizaynı, onun bütün texniki göstəriciləri, parametrləri müasirləşdirilməlidir ki, xidmətli keyfiyyətdən söhbət gedə bilsin. Azərbaycan dəmir yolu sistemi nəqliyyat növü olaraq sərnişin daşınmada ola bilər ki, ziyanla işləsin, yəni rentabelli olmasın, bunu sərnişinlərə çox açıq mesajlarla çatdırmaq olar. Birincisi, qatarların sayının artırılmasını elə təşkil etmək olar ki, orada daha çox sərnişin daşınsın və daha çox dəmir yolunun maliyyə imkanlarının artırılmasına köməklik etsin. Yox, əgər keçmiş dövrdən qalmaq qatarları biz ora daxil ediriksə, onu da qoşarkən, sərnişinlərə rəsmi bəyan etmək lazımdır ki, məsələn, artıq insanların yay mövsümü, məzuniyyət müddəti başa çatır, Bakı şəhərində işləyən, çalışan tələbələr artıq Bakıya geri dönüş edirlər. Bunun obyektiv-subyektiv səbəbləri var. Bilirsiniz ki, Universitetə qəbul olan tələbələrin sayı kifayət qədər çoxdur, onlar ev axtarışı, digər məsələlərlə bağlı daha tez gəlirlər. Dəmir Yolları elan etməlidir ki, sərnişindaşınmada yaranan sıxlığı aradan götürmək, daşınmanı təşkil etmək üçün, məcburiyyət qarşısında qalıb bu vaqonları qoşuruq. Azərbaycan vətəndaşları üçün sentyabr ayı ərzində yaranacaq bu narahatlığa görə onlardan üzr istəyirik. İki kateqoriyada biz biletlər satılmalıdır. Biri komfortsuz vaqonlar üçün, digəri isə komfortlu vaqonlar üçün olmalıdır. Məsələn, əvvəl sovetlər dövründə SV, plaskart, ümumi vaqonlar var idi. Yəni, kateqoriyaya görə də qiymətlər dəyişirdi. Bunu da vətəndaşlara tətbiq etmək mümkündür. Mən düşünürəm ki, bu vətəndaşların mənafelərinə zidd olan bir məsələdir. Üstəlik, bir halda ki, burada zamana az qalmış, Bakıya çatış müddəti artırılırsa, bu, bir daha vətəndaşların sosial hüquqlarına, haqlarına qarşı olan mənfi bir hərəkətdir və bunun qarşısı alınmalıdır”.
Afət Abbasova
Gununsesi.info
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2024, 12:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər