reklam
Regionxeberlericom.az » Gündəm » Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddəki bölmələrə getdi - Fotolar

reklam

Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddəki bölmələrə getdi - Fotolar

















Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, hərbi qulluqçularla görüşən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan Ordusunda həyata keçirilən tədbirlərdən danışıb.

Hərbi qulluqçularla söhbət zamanı general-polkovnik Z.Həsənov şəxsi heyətin qayğıları ilə maraqlanıb, onların peşəkarlığının, bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

 




Paylaş:


Müəllif : Tarix:
7-09-2024, 10:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər